02/05/2025
Anar Sahib oğlu Əhmədov 1976-cı ildə Cəbrayıl anadan olmuşdur. 1993-cü ildə orta təhsilini Bakı şəhərində58 saylı məktəbi bitirmişdir. Həmin ildə də Bakı Dövlət Universitetinin Mexanika Riyaziyyat fakültəsinə daxil olmuşdur. Anar Əhmədov ali təhsilini 2000-ci ildə Kaliforniya Ştat Universitetində fərqlənmə ilə bitirmişdir. 2006-cı ildə Kaliforniya Universitetində riyaziyyat sahəsi üzrə “Exotic smooth structures on small 4-manifolds” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və elmlər doktoru elmi dərəcəsi almışdır.2001 və 2003-2004cü illərdə ABŞ-nin UC Berkeley və Princeton Universitetlərində doktorluq dərsi almışdır.2006-2009-cu illərdə ABŞ-in Corciya Texnologiya İnstitutunda .Kolumbiya Universitetində,İsveçrənin Surix Universitetində Avstriyanın Vyana Universitetində köməkçi,professor və alim kimi çalışmışdır. Hal-hazırda ABŞ-nın Minnesota Universitetində Full professor kimi çalışır. 2018-2019-cu illərdə ABŞ-ın Harvard Universitetində professor kimi dəvət olunub və hazırda həmin universitetdə dəvətli professor kimi çalışır.
30-dan çox kitab,monoqrafiya və elmi məqalənin müəllifidir,onun rəhbərliyi ilə iki nəfər doktorluq dissertasiyası müdafiə etmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.