Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyatçıları

“Akademik Zahid Xəlilov – Azərbaycan riyaziyyat elminin inkişafında müstəsna xidmətlər”

Yanvarın 14-ü Azərbaycanın görkəmli riyaziyyatçısı, Əməkdar elm xadimi, akademik, riyaziyyat sahəsi üzrə ilk azərbaycanlı elmlər doktoru, professor Zahid Xəlilovun doğum günüdür. Xəlilov Zahid İsmayıl oğlu, funksional analiz, diferensial tənliklər, elastikiyyət nəzəriyyəsi və neft mexanikası sahələrində tanınmış dünya şöhrətli alim,14 yanvar 1911-ci ildə Tiflis quberniyasının Borçalı mahalında anadan olmuşdur. 1929-cu ildə Tiflis şəhərində Nəriman Nərimanov adına […]

Azərbaycan riyaziyyatçıları -Rəxşəndə Cabbarzadə

Cabbarzadə Rəxşəndə Məmməd qızı, spektral nəzəriyyə sahəsində mütəxəssis. 30 dekabr 1938-ci ildə Bakı şəhərində anadan olmuş, 1956-cı ildə 134 saylı məktəbi, 1961-ci ildə ADU-nun fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1961-ci ildə ADU-nun aspiranturasına daxil olmuşdur. 1964-cü ildə Bakıda akademik Cəlal Allahverdiyevin rəhbərliyi ilə “Кратное разложение по системе собственных присоединенных элементов несамосопряженных операторов, полиномиально зависящих […]

Azərbaycan riyaziyyatçıları- Əlifəttah Şahbazov

Şahbazov Əlifəttah Əlibaba oğlu, ehtimal nəzəriyyəsi və riyazi statistika sahəsində mütəxəssis, 1934-cü il dekabrın 29-da Bakı şəhərinin Maştağa qəsəbəsində anadan olmuş, 1943-1953-cü illərdə Maştağa qəsəbə 128 saylı orta məktəbdə, 1953-1958-ci illərdə ADU-nun “Fizika-riyaziyyat” fakültəsində təhsil almış, 1958-ci ildə ADU-nun aspiranturasına qəbul olmuş və elmi işlərini davam etdirmək üçün Ukrayna Elmlər Akademiyasının Riyaziyyat İnstitutuna ezam olunmuşdur. […]

Azərbaycan riyaziyyatçıları- Rəşid Məmmədov

Məmmədov Rəşid Həmid oğlu 27 dekabr 1931-ci ildə Qazax rayonunun Daşsalahlı kəndində anadan olmuş, 1938-1948-ci illərdə kənd orta məktəbində oxumuş, 1948-ci ildə Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1952-ci ildə riyaziyyat şöbəsini fərqlənmə diplomu ilə bitirmiş və aspirant kimi institutda saxlanılmışdır. 24 may 1954-cü ildə “Funksiyaların polinomlarla və tam funksiyalarla yaxınlaşmasının […]

Azərbaycan riyaziyyatçıları – Rizvan Paşayev

Paşayev Rizvan Teymur oğlu, diferensial tənliklər sahəsində mütəxəssis, 25 dekabr 1949-cu ildə Qubadlı rayonunun Taqor kəndində anadan olmuş, 1974-cü ildə ADU-nun Mexanika-riyaziyyat fakültəsini bitirmiş, 1981-ci ildə Bakıda akademik Mirabbas Qasımovun rəhbərliyi ilə “К теории обратных задач спектрального анализа для дифференциальных операторов второго порядка с разрывными коэффицентами (01.01.01.)” mövzusunda namizədlik, 1998-ci ildə Novosibirskdə “Standart olmayan tənliklər […]

Azərbaycan riyaziyyatçıları – Əli Əhmədov

Əhmədov Əli Mustafa oğlu, kompleks oblastda diferensial tənliklər, funksional analiz və operatorların spektral nəzəriyyəsi sahələrində mütəxəssis. Cəbrayıl rayonu, Əfəndilər kəndində, 25 dekabr 1943-cü ildə anadan olmuş, 1961-ci ildə Füzuli rayonu Arayatlı kəndində orta məktəbi qızıl medalla bitirmiş, 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirmiş, həmin il AEA-nın Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasına daxil olmuş […]

Faydalı linklər