05/05/2025
Yaşar Səlimov Şakir oğlu 5 may 1938-ci ildə Ağdaş şəhərində anadan olmuş,1955-ci ildə Nizami adına 2 nömrəli orta məktəbi bitirmiş,həmil il Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə qəbul olmuş, 1960-cı ildə oranı bitirmişdir. 1963-cü ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun ali riyaziyyat kafedrasında işə başlamış,orada əvvəlcə assistent,sonra isə dosent vəzifəsində çalışmışdır. 1970-ci ildə ADU-da professor Əmir Həbibzadənin rəhbərliyi ilə “Некоторые классы сингулярных уравнений с операторами, действующими в нормированных кольцах» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1974-1980-ci illərdə Ümumittifaq Yeyinti Sənaye İnstitutu Bakı filialının direktoru vəzifəsində çalışmlş, 1984-1986-cı illərdə Moskva Dövlət Universitetinin Hesablama Riyaziyyat və Kibernetika fakültəsində doktoranturada təhsil almış, 1988-ci ildə orada «O средних Рисса биортогональных разложений по собственным и присоединенным функциям несамосопряженных расширений оператора Лапласа» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1989-cu ildən Azərbaycan Dövlət Neft Akademiyası “Ali riyaziyyat” kafedrasının professoru olub,1991-ci ildən ömrünün sonuna qədər həmin kafedranın müdiri vəzifəsində çalışmışdır. Yaşar Səlimov 100-dən çox elmi əsərin, 30 dərslik və dərs vəsaitinin müəllifi olmuşur.
2011-ci il iyunun 12-də Bakl şəhərində vəfat etmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.