Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


07 may 2025-ci il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keciriləcək. Seminarda İstanbul Koç Universitetinin professoru Varqa Kələntərov, “Qeyri-xətti dissipativ  xüsusi törəməli tənliklərin həllərinin global  stabilizasiyası” mövzusunda məruzə edəcək.

Məruzədə qeyri- xətti reaksiya – diffuziya tənlikləri, sönümlü qeyri-xətti dalğa tənlikləri və Navier-Stokes-Voigt tənlikləri üçün başlangıç sərhəd məsələlərin həllərinin global varlığı , yeganəliyi və stabilizasiyası ilə əlaqəli son zamanlarda ədlə edilən nəticələr  müzakirə olunacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.