07/05/2025
08.05.2025-ci il tarixində saat 10:30-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika institutunun“Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcək. Seminarda “Optimal İdarəetmə” şöbəsinin doktorantı Nərminə Qubatova “Bir ucu sərbəst olan variasiya məsələlərində kvadratik funksional” mövzusunda məruzə edəcəkdir.
Məruzədə bir ucu sərbəst olan kvadratik funksionallı variasiya məsələlərində mütləq ekstremum üçün kafi şərtlərin alınması şərh olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.