01/06/2025
Axundov Ədalət Yavuz oğlu, diferensial tənliklər sahəsində mütəxəssis, 1949-cu il iyun ayının 1-də Naxçıvan şəhərində anadan olmuş, 1966-cı ildə Naxçıvanda orta məktəbi qızıl medalla bitirmiş, 1966-1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil almışdır. 1971-1973-cü illərdə Sovet Ordusu sıralarında xidmət etmiş, 1973-1979-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda dissertant olmuşdur.
O, 1980-ci ildə AEA Riyaziyyat və Mexanika İnstitutunda professor Asəf İsgəndərovun rəhbərliyi ilə “Qeyri-məhdud oblastlarda xətti və kvazixətti parabolik tənliklər üçün tərs məsələlər (01.01.02)” mövzusunda namizədlik, 2008-ci ildə “Xətti və kvazixətti parabolik tənliklər üçün tərs məsələlər (01.01.03)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Ədalət Axundov 1973-1984-cü illərdə Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunda baş laborant, kiçik elmi işçi, böyük elmi işçi, 1984-2002-ci illərdə Azərbaycan Politexnik İnstitutunda “Riyaziyyat” kafedrasında dosent; 2002-ci ildən AMEA Riyaziyyat və Mexanika İnstitutunda aparıcı elmi işçi, baş elmi işçi vəzifələrində çalışmışdır. Ədalət Axundov institutun Təhsil şöbəsinin müdiri,elmi işlər üzrə müzvini vəzifəsində işləyir
Ədalət Axundov 62 elmi işin müəllifidir, onun rəhbərliyi ilə 1 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.