Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyatçıları -Yusif Salmanov


Salmanov Yusif Camulla oğlu, funksiyalar nəzəriyyəsi sahəsində mütəxəssis. 1938-ci il iyunun 1-də Şamaxıda anadan olmuş, 1962-ci ildə ADU-nun mexanika-riyaziyyat fakültəsini bitirmiş, 1962-1965-ci illərdə Moskvada aspiranturada təhsil almış, 1967-ci ildə Moskvada V.A.Steklov adına institutda akademik S.M.Nikolskinin rəhbərliyi ilə “Некоторые вопросы, связанные с прoблемой Штурма-Лиувилля и краевой задачей с сильным выраждением (01.01.02)” mövzusunda namizədlik, 1999-cu ildə Bakı Dövlət Universitetində “Весовые теоремы вложения и их приложения к решению вариационным методом эллиптических уравнений с сильным вырождением на границе, состоящей из многообразей любых измерений (01.01.01)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Əmək fəaliyyətinə 1962-ci ildə AEA-nın Riyaziyyat və Mexanika İnstitutunda baş laborant kimi başlamış, 1966-1967-ci illərdə kiçik elmi işçi vəzifəsində çalışmış, 1967-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində işləyir. 52 elmi işin müəllifidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.