05/06/2025
Yaqubov Qabil Ənvər oğlu, optimal idarəetmə sahəsində mütəxəssis, 1954-cü il iyunun 5-də Yardımlı rayonunun Bərcan kəndində anadan olmuşdur. 1978-ci ildə ADU-nun Tətbiqi riyaziyyat fakültəsini bitirmiş, 1981-ci ildə həmin fakültənin aspiranturasına qəbul olmuş, 1986-cı ildə professor Asəf İsgəndərovun rəhbərliyi ilə “Şredinger tənliyi üçün optimal idarəetmə məsələsi (01.01.-2)” mövzusunda namizədlik, 1994-cü ildə Kiyev Dövlət Universitetində “Kvazixətti Şredinger tənliyinin əmsallarına görə optimal idarə olunması (01.01.09)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Əmək fəaliyyətinə 1978-ci ildə AEA Kibernetika institutunda baş mühəndis kimi başlamış, 1981-ci ildə ADU-nun “Optimallaşdırma üsulları və AİS” kafedrasında assistent, 1992-ci ildən dosent, 1995-ci ildən isə “Optimallaşdırma və idarəetmə” kafedrasında professor vəzifəsində çalışıb. Hazırda Türkiyədə işləyir.
30-dan çox elmi işin müəllifidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.