Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyatçıları – Tahir Xanıyev


Xanıyev Tahir Əjdər oğlu, ehtimal nəzəriyyə sahəsində mütəxəssis, 20 iyun 1958-ci ildə Yardımlı rayonunun Porsova kəndində anadan olmuş, 1965-1975-ci illərdə kənd orta məktəbində oxuyub. 1980-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirmişdir.

1987-ci ildə Ukrayna EA Riyaziyyat İnstitutunda akademik A.V.Skoroxodun rəhbərliyi ilə “Изучение процессов полумерковского блуждания с двумя задерживающими экранами (01.01.05)” mövzusunda namizədlik, 2006-cı ildə AMEA RMİ-də “Diskret müdaxiləli proseslərin sərhəd və additive funksionallarının tədqiqi üçün analitik metodlar (01.01.05)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

1980-ci ildə Azərbaycan SSR EA RMİ-nin “Funksional analiz” şöbəsində əmək fəaliyyətinə başlamış, 1980-1983-cü illərdə M.V.Lomonosov adına MDU-nun mexanika-riyaziyyat fakültəsində stajçı, 1983-1991-ci illərdə RMİ-də baş laborant, kiçik elmi işçi, elmi işçi, 1991-1997-ci illərdə Bakı Dövlət Universitetində baş müəllim olmuşdur.

1995-ci ildən Türkiyədə Qaradəniz Bölümündə professor vəzifəsində işləyir. 65 elmi məqalənin müəllifidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.