Azərbaycan riyaziyyatçıları-Rafiq Tağıyev
Tağıyev Rafiq Qələndər oğlu, paylanmış parametrli sistemlər üçün optimal idarəetmə nəzəriyyəsi, 29 iyun 1953-cü ildə Qazax rayonu Köçəsgər kəndində anadan olmuşdur. 1961-1968-ci illərdə Köçəsgər kənd məktəbində, 1969-1970-ci illərdə Kirovkənd orta məktəbində, 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil almışdır. 1978-1981-ci illərdə həmin universitetin aspirantı olmuşdur.
ADU-da prof. A.İsgəndərovun rəhbərliyi ilə “Parabolik və hiperbolik tənliklər üçün optimal idarəetmə məsələləri və onların sonlu fərqlər üsulları ilə həlli (01.01.02)” mövzusunda namizədlik, AMEA-nın İdarəetmə Sistemləri institutunda “Xüsusi törəməli tənliklərin əmsalları ilə optimal idarəetmə məsələləri (01.01.09)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1975-1978-ci illərdə ADU “Hesablama mərkəzi”ndə, 1981-2001-ci illərdə Tətbiqi riyaziyyat, Optimallaşdırma və AİS, Optimallaşdırma və idarəetmə kafedralarında assistent, baş müəllim, dosent, 2001-2003-cü illərdə Sumqayıt Dövlət Universitetində “Ali riyaziyyat” kafedrasının müdiri, 2005-2013-cü illərdə Optimallaşdırma və idarəetmə kafedrasında dosent, 2013-2016-cı illərdə Optimallaşdırma və idarəetmə kafedrasında professor əvəzi işləyib. 2016-cı ildən Optimallaşdırma və idarəetmə kafedrasının müdiri vəzifəsində çalışır. 98 elmi məqalənin, 1 monoqrafiyanın, 1 dərsliyin, 1 dərs vəsaitinin və 1 tərcümənin müəllifidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.