Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyatçıları- Nazim Mahmudov


Mahmudov Nazim İdris oğlu, stoxastik optimal idarəetmə, kəsr törəməli diferensial tənliklər sahəsində mütəxəssis, 11 iyul 1958-ci ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuş, orta təhsilini Sumqayıtdakı 13 nömrəli məktəbdə almışdır. 1975-1980-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsində oxumuş, AEA-nın Kibernetika İnstitutunda akademik Cəlal Allahverdiyevin rəhbərliyi ilə “Stoxastik optimal idarəetmə nəzəriyyəsi haqqında (01.01.09)” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

1980-1993-cü illərdə AMEA-nın Kibernetika İnstitutunda çalışmış, 1993-cü ildən Şimali Kiprin Doğu Ağdeniz Universitetində professor vəzifəsində işləyir, hazırda həmin universitetin riyaziyyat kafedrasının müdiridir.

Nazim Mahmudov 135 məqalənin və 1 kitabın müəllifidir, rəhbərliyi ilə 14 nəfər fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.