Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyatçıları – Rövşən Bəndəliyev


Bəndəliyev Rövşən Əlifağa oğlu, funksiyalar nəzəriyyəsi sahəsində mütəxəssis, 1974-cü il iyulun 26-da Hacıqabul rayonunda anadan olmuş, 1991-ci ildə 9 nömrəli orta məktəbi bitirmiş, 1993-cü ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olunmuş, 1999-cu ildə həmin fakültənin magistr pilləsini bitirmişdir. 1999-2002-ci illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasında təhsil almışdır.

2002-ci ildə Riyaziyyat və Mexanika İnstitutunda AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin rəhbərliyi ilə “Banax qiymətli anizotrop çəkili Sobolev fəzalarında daxilolma teoremləri (01.01.01)” mövzusunda namizədlik, 2014-cü ildə “Banax funksional fəzalarda harmonik analizin inteqral operatorlarının tədqiqi və bəzi tətbiqləri (1202.01)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

O, 1999-cu ildən AMEA-nın RMİ “Riyazi analiz” şöbəsində kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində işləmiş, hazırda həmin şöbənin baş elmi işçisidir. O, 2017-ci ildə AMEA-nın professoru seçilmişdir.

Rövşən Bəndəliyev 40 elmi işin müəllifidir, rəhbərliyi ilə 2 nəfər riyaziyyat üzrə fəlsəfə doktoru hazırlanmış, İtaliya, Polşa, Türkiyə və Rusiyada keçirilmiş beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər