Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyatçıları- Sabir Hüseynzadə


Hüseynzadə Sabir Məcid oğlu – cəbri həndəsə, cəbri topologiya, tətbiqi riyaziyyat sahələrində tanınmış mütəxəssis, 29 iyul 1950-ci ildə Moskva şəhərində anadan olmuş, orta təhsilini 1957-1966-cı illərdə Moskva şəhərində almışdır. 1971-ci ildə Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmiş, 1971-1974-cü illərdə 01.01.04. ixtisası üzrə aspiranturada təhsil almışdır. 1975-ci ildə Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində 01.01.04 ixtisası üzrə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır. 1991-ci ildə Moskva Dövlət Universitetinin Hesablama riyaziyyatı və kibernetika fakültəsində 01.01.09. ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə sahib olmuşdur.

Sabir Hüseynzadə 1974-1996-cı illərdə Moskva Dövlət Universitetinin coğrafiya fakültəsində işləmiş, 1996-cı ildən hal-hazıra qədər həmin universitetin mexanika-riyaziyyat fakültəsində çalışır.

200-dən çox elmi əsərin, 9 monoqrafiyanın müəllifidir. Sabir Hüseynzadənin rəhbərliyi ilə 11 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər