Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyatçıları-Daniyal İsrafilov


İsrafilov Daniyal Məhəmməd oğlu, riyazi analiz və funksiyalar nəzəriyyəsi, yaxınlaşma nəzəriyyəsi sahəsində mütəxəssis, 7 sentyabr 1955-ci ildə Qazax rayonu Poylu kəndində anadan olmuş, kənd orta məktəbində oxumuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Universiteti Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1977-ci ildə həmin fakültəni bitirmişdir. 1982-ci ildə Ukrayna Elmlər Akademiyası Tətbiqi Riyaziyyat və Mexanika İnstitutunda (Donetsk) “Kvazikonform sərhədli oblastlarda ekstremal polinomlar və faber polinomlarının yaxınlaşma xassələri (01.01.01)” mövzusunda namizədlik, 2010-cu ildə Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda “Kompleks müstəvinin çoxluqlarında ekstremal polinomlar və faber polinomlarının yaxınlaşma xassələri (01.01.01)” mövzusunda doktorluq dissertasiyanı müdafiə etmişdir.

1977-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda baş laborant olaraq işə başlamış və daha sonra kiçik elmi işçi, baş elmi işçi olaraq işləmişdir. 1978-1980-ci illərdə Ukrayna Elmlər Akademiyası Tətbiqi Riyaziyyat və Mexanika İnstitutunun dissertantı olmuşdur. 1993-1998-ci illərdə Qaradəniz Texniki Universitetində (Trabzon/Türkiyə) professor, 1998-ci ildən Balikəsir Universiteti (Balıkəsir/Türkiyə) Riyaziyyat bölümündə professor olaraq işləyir. Daniyal İsrafilov 82 elmi işin müəllifidir, onun rəhbərliyi ilə 10 namizədlik dissertasiyası, 4 doktorluq dissertasiyası müdafiə edilmişdir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər