Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyatçıları-Ramin Rzayev


Rzayev Ramin Rza oğlu, Soft Computing texnologiyası sahəsində mütəxəssis, 19 sentyabr 1961-ci ildə Sumqayıt şəhərində anadan olmuş, 1978-ci ildə Sumqayıt şəhəri 11 nömrəli orta məktəbi bitirmiş, 1979-1984-cü illərdə Azərbaycan Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsinin əyani şöbəsində oxumuş, 1990-1994-cü illərdə Bakı Dövlət Universitetinin “Funksiyalar nəzəriyyəsi və funksional analiz” kafedrasının dissertantı olmuşdur. 1994-cü ildə Bakı Dövlət Universitetində “Kompleks müstəvinin kontinumlarında funksiyaların polinomial approksimasiyası (01.01.01)” mövzusunda namizədlik, 2011-ci ildə AMEA İdarəetmə Sistemləri İnstitutunda “Qeyri-müəyyənlik şəraitində adapdiv qərarların qəbul edilməsinə dəstək verən üsullar və vasitələr (iqtisadi proseslərin və hadisələrin tədqiqində)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

1978-1979-cu illərdə Sumqayıt 11 nömrəli orta məktəbin laborantı, 1984-1995-ci illərdə Sumqayıt Dövlət Universitetinin “Ali riyaziyyat” kafedrasının laborantı, “Tədris şöbəsinin” rəisi, “Hesablama texnikası və proqramlaşdırma” kafedrasının baş müəllimi, 1995-2004-cü illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “Avtomatlaşdırılmış idarəetmə sistemləri” kafedrasının dosenti işləyib. 2004-cü ildən AMEA İdarəetmə Sistemləri İnstitutunda baş elmi işçi vəzifələrində çalışır.

Ramin Rzayev 140 elmi məqalənin, 5 monoqrafiyanın, 1 dərsliyin müəllifidir. Onun rəhbərliyi ilə 8 nəfər elmlər namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər