06/10/2025
Cəfərov Arif Səttar oğlu, yaxınlaşmalar nəzəriyyəsi sahəsində mütəxəssis. 1937-ci il oktyabrın 6-da Füzuli rayonunun Horadiz kəndində anadan olmuş, 1961-ci ildə ADU-nun Mexanika riyaziyyat fakültəsini bitirmiş, həmin il AEA-nın Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasına daxil olmuş, 1965-ci ildə akademik N.Musxilişvilinin rəhbərliyi ilə “Некоторые результаты о наилучших приближениях функций на сфере и в шаре и их приложения” mövzusunda namizədlik, 1996-cı ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Приближении сферическими и алгебраическими полиномами, методы линейного чуммирования классы типа Бесова свойства гармонических функций на сфере” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Arif Cəfərov əmək fəaliyyətinə 1964-cü ildə AEA-nın Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi kimi başlamış, vəzifəsini baş elmi işçi kimi davam etdirmişdir. 1970-ci ildən ADU-nun Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasında dosent, 1997-ci ildən isə həmin kafedranın professoru kimi başlamışdır. 76 elmi işin müəllifi olub, 6 tələbəsi namizədlik dissertasiyası müdafiə etmişdir.
1 dekabr 1998-ci ildə Bakı şəhərində vəfat etmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.