Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyatçıları- Telman Qasımov


Qasımov Telman Benser oğlu, 28 oktyabr 1959-cu ildə Xankəndində anadan olmuş, 1976-cı ildə Qazax rayonu 1 nömrəli orta məktəbi bitirib. 1976-1981-ci illərdə ADU-nun Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, bundan sonra M.V.Lomonosov adına MDU-nun Mexanika-riyaziyyat fakültəsində professor Sadovniçiy Viktor Antonoviçin rəhbərliyi altında 1982-1984-cü illərdə  təcrübi-iş mübadiləsi keçmiş, 1985-1988-ci illərdə orada məqsədli aspiranturada oxumuş, 1988-ci ildə “Kəsilən kvazi diferensial operatorlar üçün sərhəd məsələləri (01.01.01)” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

1981-ci ildə gənc mütəxəssis kimi Azərbaycan EA RMİ-nin XKB-də baş laborant vəzifəsində əmək fəaliyyətinə başlamış, 2003-cü ildə Riyazi analiz ixtisası üzrə dosent elmi adı almışdır. Telman Qasımov 2018-ci ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Kəsilən diferensial operatorların spektral xassələrinin tədqiqi” mövzusunda müdafiə etmiş və riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. 2007-ci ildən hal-hazıra qədər AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Qeyri harmonik analiz” şöbəsində çalışır.

O, 25 məqalənin və 1 dərs vəsaitinin müəllifidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər