16/11/2025
Tağıyev Fərhad Əşrəf oğlu, fizika-riyaziyyat elmləri namizədi, professor, hesablama riyaziyyatı sahəsində mütəxəssis, 16 noyabr 1934-cü ildə Ağstafa rayonunun Tatlı kəndində anadan olmuş, 1957-ci ildə fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsini bitirmiş, 1967-ci ildə “Cırlaşan tənliklər üçün bəzi sərhəd məsələlərinin tor üsulu ilə həlli” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Əmək fəaliyyətinə AEA-nın Riyaziyyat və mexanika institutunda başlamış, sonralar AEA-nın Kibernetika institutunda işləmiş, 1967-ci ildən ömrünün sonuna qədər ADU-nun “Hesablama riyaziyyatı” kafedrasında baş müəllim, dosent, 1986-cı ildən həmin kafedrada professor vəzifəsində çalışmışdır. 100-dən çox elmi məqalənin, 5 dərs vəsaitinin müəllifi olmuşdur.
Fərhad Tağıyev 25 iyul 2003-cü ildə Bakıda vəfat etmişdir
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.