25/11/2025
Rəhimov Fəda Hənnan oğlu, Ehtimal nəzəriyyəsi və riyazi statistika sahəsində mütəxəssis, 25 noyabr 1956-cı ildə İsmayıllı rayonu Quşəncə kəndində anadan olmuş, 1964-1974-cü illərdə kənd orta məktəbində, 1974-1979-cu illərdə Azərbaycan Dövlət Universitetində, 1980-1985-ci illərdə Moskva şəhərində aspiranturada təhsil almışdır.
1985-ci ildə akademik Y.V.Proxorov və professor A.A.Novikovun rəhbərliyi ilə SSRİ EA Riyaziyyat İnstitutunda “Artımları asılı olmayan təsadüfi proseslərin birinci dəfə kənara çıxma anları üçün limit teoremləri (01.01.05)” mövzusunda namizədlik, 2008-ci ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Həyəcanlanmış təsadüfi dolaşmaların qeyri-xətti sərhəd funksionalları üçün limit teoremləri və onların ardıcıl statistik analizə tətbiqləri (01.01.05)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
1979-1990-cı illərdə AEA Riyaziyyat və Mexanika İnstitutunda, 1990-cı ildən hal-hazıra qədər Bakı Dövlət Universitetində çalışır.
100 məqalənin, 2 kitabın, 4 metodik vəsaitin müəllifidir. Onun rəhbərliyi ilə 2 nəfər elmlər namizədi adı almışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.