Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyatçıları- Akif Hacıyev

Hacıyev Akif Cəfər oğlu, funksiyalar nəzəriyyəsi sahəsində tanınmış alim, 1937-ci il dekabrın 8-də Bakı şəhərində anadan olmuşdur. 1955-ci ildə Bakı şəhərindəki 3 nömrəli orta məktəbi bitirmiş, 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil almışdır. Akif Hacıyev 1960-cı ildə universiteti          bitirdikdən sonra təyinatla Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna göndərilir və institutun “Funksiyalar nəzəriyyəsi” şöbəsində kiçik elmi işçi kimi fəaliyyətə başlayır. Burada görkəmli alim akademik İbrahim İbrahimovun rəhbərliyi ilə elmi araşdırmalarını aparır. Akif müəllim 1961-1967-ci illərdə EA Riyaziyyat və Mexanika İnstitutunun elmi katibi vəzifəsində çalışmış, 1961-ci ildə Tbilisidə akademik Nikolay Musxelişvilinin 70 illiyinə həsr olunmuş beynəlxalq konfransın, eyni zamanda həmin il Leninqradda funksiyalar nəzəriyyəsi üzrə keçirilmiş ümumittifaq konfransının iştirakçısı olmuşdur.

1964-cü ildə Akif Hacıyev Azərbaycan Dövlət Universitetinin nəzdindəki Müdafiə Şurasında “Bəzi operatorlar ailələrinin yaxınlaşma xüsusiyyətləri” mövzusunda yazdığı dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.

Akif Hacıyev XX əsrin yetmişinci illərində yaxınlaşmalar nəzəriyyəsi sahəsindəki tədqiqatlarını davam etdirərək, sonlu parçada kəsilməz funksiyalara yaxınlaşan xətti müsbət operatorlar ardıcıllığının öyrənilməsində mühüm uğurlar qazanmış, qeyri-məhdud çoxluqlarda təyin olunmuş kəsilməz funksiyalar sinfində Korovkin tipli teoremlər isbat etmiş, vahid dairədə analitik olan funksiyalar fəzasında təyin olunmuş xətti operatorların tədqiqi və həmin operatorların approksimativ xassələrinin araşdırılması istiqamətində mütəxəssislər tərəfindən yüksək qiymətləndirilən dəyərli nəticələr əldə etmişdir. Bu illərdə onun tədqiqatlarının nəticələri Moskvada nəşr olunan “ДАН СССР”, “Математические заметки” və s. kimi nüfuzlu elmi jurnallarda dərc olunmuşdur. Onun konstruktiv funksiyalar nəzəriyyəsi sahəsində ikiparametrli sinqulyar inteqrallara dair elmi nəticələri dünya miqyasında bir çox tədqiqatçıların, o cümlədən məşhur Polşa riyaziyyatçısı Taberskinin və onun tələbəsi Ridzevskanın bu sahədə yeni mühüm nəticələr almasına təkan vermişdir.

Akif Hacıyev çoxdəyişənli tam funksiyalar nəzəriyyəsi sahəsində də ciddi tədqiqatlar aparmışdır. Bu istiqamətdə o əldə etdiyi bir sıra nəticələrlə yanaşı, cüt tərtibdən bircins diferensial polinomlar üçün tam funksiyaların indikatrisası terminlərində Bernşteyn tipli bərabərsizlik isbat etmişdir. Onun bu sahədəki tədqiqatları sonralar tələbələri tərəfindən uğurla davam və inkişaf etdirilmişdir.

Alimin məşğul olduğu mühüm elmi istiqamətlərdən biri də çoxölçülü sinqulyar inteqral operatorlar nəzəriyyəsidir. O, çoxölçülü sinqulyar inteqralın simvolu və xarakteristikasının sfera üzrə əlaqəli diferensial xassələrini öyrənmiş və burada da böyük marağa səbəb olan ciddi və dəyərli elmi nəticələr almışdır.

Akif müəllim sfera üzərində Nikolski-Besov tipli ümumiləşmiş fəzalar qurmuş, bu fəzalar üçün daxilolma teoremləri isbat etmiş, çoxölçülü sinqulyar inteqral operatorların simvollarının hamarlıq xassələri ilə bağlı nəzəriyyə yaratmış və onun Furye multiplikatorları nəzəriyyəsində tətbiqlərini vermişdir.

O, 1982-ci ildə SSRİ Elmlər Akademiyasının Steklov adına Riyaziyyat İnstitutunda “Çoxölçülü bürünmə tipli operatorlar nəzəriyyəsi üzrə tədqiqatlar” mövzusunda dissertasiya işini böyük uğurla müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Alim 1982-1989-cu illərdə Furye multiplikatorları sahəsində geniş tədqiqatlar aparmışdır. Həmin illərdə o, rəqs edən multiplikatorlara aid bir çox mühüm nəticələr almış və belə multiplikatorların Bessel potensialları fəzalarının, eləcə də Hardi fəzalarının multiplikatorları olması üçün dəqiq şərtlər müəyyən etmişdir. 90-cı illərdə Akif Hacıyev potensial tipli inteqralların müxtəlif xassələrini öyrənmək istiqamətində tədqiqatlar apararaq, bir sıra ümumi nəticələrə gəlmiş və Riss potensialları kombinasiyalarının kəsilməzlik xassələrinə aid teoremlər isbat etmişdir. Onun bu istiqamətdəki elmi nəticələri bir çox nüfuzlu elmi jurnallarda, o cümlədən Polşada çap olunan “Fuctiones et Approximatio”, eləcə də “İndian Journal of Pure and Applied Mathematics” jurnallarında dərc olunmuşdur.

Akif Hacıyevin ABŞ-da çap olunan “Rocky Mountain Journal of Mathematics” jurnalında 2002-ci ildə dərc etdirdiyi xətti müsbət operatorlar ardıcıllığının statistik yığılmasına həsr olunmuş və mütəxəssislərin rəyinə görə bu sahədə birinci olan elmi məqaləsində aldığı nəticələr tədqiqatçıların böyük marağına səbəb olmuşdur.

2002-2012-ci illərdə də görkəmli alim elmi yaradıcılığını davam etdirmiş və yeni-yeni dəyərli nəticələr almışdır. Onun müxtəlif funksional fəzalarda sinqulyar inteqral operatorların və potensialların xassələrinin araşdırılması sahəsindəki mühüm elmi tədqiqatlarının nəticələri dünyanın bir çox nüfuzlu elmi jurnallarında, o cümlədən “Journal of Mathematical İnequalities”, “Journal of Function Spaces and Applications”, “Journal of Approximation Theory”, “Central European Journal of Mathematics”, “Applied Mathematics and Computation” və s. kimi elmi jurnallarda dərc olunmuşdur.

O, 1978-ci ildə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda yeni açılmış “Həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri vəzifəsinə təyin olunur. 1985-ci ildə ona SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə riyazi analiz ixtisası üzrə professor elmi adı verilir. Akif müəllim 1985-1989-cu illərdə Tbilisi Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən elmlər doktoru dissertasiyalarının müdafiəsi üzrə regional Müdafiə Şurasının üzvü olmuşdur.

Akif Hacıyev 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilir.

1992-1999-cu illərdə elmi-pedaqoji fəaliyyətini Türkiyədə davam etdirir, Ankara Universitetinin professoru vəzifəsində çalışır. 1995-ci ildə həmyerlimizin türkiyəli görkəmli alim H.Hacısalihoğlu ilə birlikdə “Xətti müsbət operatorlar ardıcıllığının yığılması” adlı kitabı çap olunur. Qardaş ölkədə çalışdığı illərdə o, Ankara Universitetinin riyaziyyat bölməsində “Xətti müsbət operatorlar və yaxınlaşmalar nəzəriyyəsi”, “Harmonik funksiyalar”, “Delta nüvəli inteqral operatorlar”, “Furye çevirmələri” və s. kimi kurslar üzrə mühazirələr oxuyur, çoxlu sayda magistr və fəlsəfə doktorları hazırlayır. Onun tələbələrinin bir çoxu hazırda Türkiyə universitetlərində çalışır və yüksək nüfuz sahibidirlər.

1999-cu ildə Akif Hacıyev vətənə qayıdır və Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri vəzifəsində öz fəaliyyətini davam etdirməyə başlayır. Həmin il o həmçinin Azərbaycan Milli Aviasiya Akademiyasında da “Riyaziyyat və mexanika” kafedrasının müdiri vəzifəsinə seçilir.

Akif Hacıyev 2001-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilir, fizika-riyaziyyat və texnika elmləri bölməsinin akademik-katibi, 2004-cü ildə isə həmçinin Riyaziyyat və Mexanika-İnstitutunun direktoru vəzifəsinə təyin olunur.

Akif Hacıyev 2002-2005-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının riyaziyyat və mexanika üzrə ekspert şurasının, 2005-ci ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu nəzdində fəaliyyət göstərən müdafiə şurasının sədri olmuşdur. O, “AMEA-nın məruzələri”, “AMEA-nın xəbərləri”, “ADPU-nun xəbərləri” jurnallarının redaksiya heyətinin üzvü, “AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun əsərləri” jurnalının baş redaktoru olmuşdur.

İstedadlı alim və tədqiqatçı Akif Hacıyev 2010-cu ildən ömrünün sonuna qədər Azərbaycan Riyaziyyat Cəmiyyətinin prezidenti vəzifəsində çalışmış və bütövlükdə respublikada riyaziyyat və mexanika elmlərinin inkişafında, yüksək ixtisaslı riyaziyyatçı alimlərin hazırlanması sahəsində əvəzsiz xidmətlər göstərmişdir. O, Azərbaycan Riyaziyyat Cəmiyyətinin xətti ilə nəşr edilən “Azerbaijan Journal of Mathematics” jurnalının baş redaktoru olmuşdur. Uzun illər AMEA Riyaziyyat və Mexanika İnstitutunda akademik Akif Hacıyevin rəhbərliyi ilə “Harmonik analizin müasir problemləri” adlı elmi seminar fəaliyyət göstərmiş və həmin seminarda respublikanın müxtəlif elmi müəssisələrində çalışan riyaziyyatçıların aldıqları elmi nəticələr müzakirə olunmuşdur.

Onun bir alim və elm təşkilatçısı kimi əvəzsiz xidmətləri, çoxşaxəli, gərgin və məhsuldar əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə 2004-cü ildə “Şöhrət” ordeni ilə təltif edilmiş, 2005-ci ildə isə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

Akif Hacıyev 210-dan çox elmi əsərin müəllifidir. Onun araşdırmalarının nəticələri ölkəmizdə və onun hüdudlarından kənarda dərc edilən 100-dən artıq elmi nəşrdə və 4 monoqrafiyada öz əksini tapmışdır. Akademik Akif Hacıyevin rəhbərliyi ilə Azərbaycanda və Türkiyədə riyaziyyat üzrə onlarla fəlsəfə doktoru və fizika-riyaziyyat elmləri doktoru hazırlanıb.

Görkəmli riyaziyyatçı alim Akif Hacıyev Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, fizika-riyaziyyat və texnika elmləri bölməsinin akademik-katibi 2015-ci il fevralın 3-də ömrünün 78-ci ilində qəflətən vəfat etmiş, ikinci Fəxri xiyabanda dəfn edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər