Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyatçıları – Elmağa Qasımov


Qasımov Elmağa Ağaqasım oğlu, diferensial tənliklər sahəsində mütəxəssis, 8 dekabr 1951-ci ildə Şamaxı rayonunun Əhmədli kəndində anadan olmuş, 1958-1968-ci illərdə həmin rayonun Nərimankənd orta məktəbini bitirmişdir. 1968-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində, 1975-1978-ci illərdə həmin universitetin aspiranturasında təhsil almışdır. 1983-cü ildə Moskva Dövlət Universitetinə “Sonlu inteqral çevirmə metodu; parabolik potensiallar və onların tətbiqləri” mövzusunda namizədlik, 2014-cü ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Bəzi qarışıq məsələlərin həllinə inteqral çevirmələrin tətbiqi (01.01.02)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Əmək fəaliyyətinə 1973-cü ildə AEA-nın Kibernetika institutunda başlamış, 1975-ci ilə qədər həmin institutda işləmiş, 1978-1988-ci illərdə BDU-nun hesablama mərkəzində, 1988-ci ildən həmin universitetdə müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışır. O, 127 elmi məqalənin, 6 dərs vəsaiti və 1 monoqrafiyanın müəllifidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər