Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyatçıları-Kamil Mənsimov


Mənsimov Kamil Bayraməli oğlu, optimal idarəetmə sahəsində tanınmış mütəxəssis, 1950-ci il dekabrın 10-da Biləsuvar rayonunda anadan olmuş, 1973-cü ildə ADU-nun Mexanika-riyaziyyat fakültəsini bitirmiş, 1974-1978-ci illərdə AEA Kibernetika İnstitutunun aspirantı olmuş, 1979-cu ildə akademik Cəlal Allahverdiyev və professor Məmməd Yaqubovun rəhbərliyi ilə həmin institutun elmi şurasında “К теории необходимых условий оптимальности в системах с последействием (01.01.02)” mövzusunda namizədlik, 1994-cü ildə BDU-nun ixtisaslaşmış elmi şurasında “Необходимые условия оптимальности особых процeссов в задачах оптимального управления (01.01.09)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Əmək fəaliyyətinə 1973-cü ildə AEA-nın Kibernetika institutunda baş laborant kimi başlamış, 1992-ci ildə BDU-nun Tətbiqi-riyaziyyat fakültəsinə keçmiş, orada dosent, professor vəzifəsində işləmişdir. 1998-ci ildən “Riyazi kibernetika” kafedrasının müdiri vəzifəsində çalışır. O, eyni zamanda AMEA Kibernetika İnstitutunda “Mürəkkəb dinamik sistemlərin idarə olunması” laboratoriyasının müdiridir. Elmi nəticələri 124 məqalədə, 2 monoqrafiya və 2 kitabda öz əksini tapmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər