11/12/2025
Aslanova Nigar Məhər qızı, diferensial-operator tənliklərinin spektral nəzəriyyəsi sahəsində mütəxəssis, 11 dekabr 1970-ci il Bakı şəhərində anadan olmuş, 1977-1987-сi illərdə 225 nömrəli orta məktəbdə, 1987-1992-ci illərdə Bakı Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsində, 1993-1995-ci illərdə AMEA RMİ-nin əyani aspiranturasında təhsil almışdır.
1996-cı ildə professor Məmməd Bayramoğlunun rəhbərliyi ilə “Sinqulyar diferensial-operator tənliklərinin məxsusi ədədlərinin sayının asimptotikasının və requlyarlaşmış izinin tədqiqi (01.01.01)” mövzusunda namizədlik, 2013-cü ildə – AMEA RMİ nəzdindəki dissertasiya şurasında “Diferensial-operator tənliklərin spektrinin və izlərinin tədqiqi (1202.01)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
AMEA RMİ-nin Diferensial tənliklər şöbəsində elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və nəhayət baş elmi işçi vəzifələrində işləyib. Hal-hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ali riyaziyyat kafedrasının dosenti və AMEA RMİ-nin əvəzçiliklə Diferensial tənliklər şöbəsinin baş elmi işçisi vəzifəsində işləyir. 40-dan artıq elmi işin müəllifidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.