Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyatçıları – Rizvan Paşayev


Paşayev Rizvan Teymur oğlu, diferensial tənliklər sahəsində mütəxəssis, 25 dekabr 1949-cu ildə Qubadlı rayonunun Taqor kəndində anadan olmuş, 1974-cü ildə ADU-nun Mexanika-riyaziyyat fakültəsini bitirmiş, 1981-ci ildə Bakıda akademik Mirabbas Qasımovun rəhbərliyi ilə “К теории обратных задач спектрального анализа для дифференциальных операторов второго порядка с разрывными коэффицентами (01.01.01.)” mövzusunda namizədlik, 1998-ci ildə Novosibirskdə “Standart olmayan tənliklər üçün bəzi tərs məsələlər (01.01.02)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Əmək fəaliyyətinə ADU-da “Tətbiqi riyaziyyat” laboratoriyasının müdiri kimi başlamış, sonra tətbiqi-riyaziyyat fakültəsində baş müəllim və dosent vəzifələrində çalışmış, 1989-2000-ci illərdə və 2005-ci ildən ömrünün sonuna qədər Tətbiqi-riyaziyyat fakültəsinin dekanı olmuşdur. 2000-ci ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. 2002-ci ildə “İqtisadi informatika” kafedrasının müdiri seçilmişdir. O, 80 elmi işin müəllifi olub, rəhbərliyi ilə 5 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. 25 oktyabr 2007-ci ildə vəfat etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər