Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyatçıları -Rəxşəndə Cabbarzadə


Cabbarzadə Rəxşəndə Məmməd qızı, spektral nəzəriyyə sahəsində mütəxəssis. 30 dekabr 1938-ci ildə Bakı şəhərində anadan olmuş, 1956-cı ildə 134 saylı məktəbi, 1961-ci ildə ADU-nun fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1961-ci ildə ADU-nun aspiranturasına daxil olmuşdur. 1964-cü ildə Bakıda akademik Cəlal Allahverdiyevin rəhbərliyi ilə “Кратное разложение по системе собственных присоединенных элементов несамосопряженных операторов, полиномиально зависящих от спектрального параметра (01.01.01)” mövzusunda namizədlik, 2008-ci ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Вопросы спектральной теории многопараметрических несамосопряженных систем линейно и нелинейно зависящих от спектральных параметров (01.01.01)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

O, əmək fəaliyyətinə 1964-cü ildə AEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz şöbəsində” kiçik elmi işçi kimi başlamış, 50 ilə yaxın orada baş elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. Rəxşəndə Cabbarzadə 50-dən çox elmi əsərin və 2 monoqrafiyanın müəllifi olmuş, rəhbərliyi ilə 3 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər