Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyatçıları- Binəli Musayev


Musayev Binəli İsa oğlu, fizika-riyaziyyat elmləri doktoru, ADU-nun riyazi analiz kafedrasının professoru, funksiyalar nəzəriyyəsi və funksional analiz üzrə mütəxəssis. 15 avqust 1944-cü ildə Gürcüstan respublikasının Bolnisi rayonunun Saraclı kəndində anadan olmuşdur. 1966-cı ildə ADU-nun mexanika-riyaziyyat fakültəsini bitirmiş, 1968-1971-ci illərdə AEA Kibernetika institutunun aspiranturasında təhsil almış, 1971-ci ildə “Qeyri xətti sinqulyar tənliklər sisteminin təqribi həlli” mövzusunda namizədlik, 1989-cu ildə Tiflisdə “Sinqulyar inteqral tənliklərin konstruktiv həlli üsulları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Əmək fəaliyyətinə AEA-nın Kibernetika institutunda başlamış, 1972-1996-cı illərdə BDU-nun Riyazi analiz kafedrasında assistent, baş müəllim, dosent və professor vəzifələrində işləmiş, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında “Tətbiqi riyaziyyat” kafedrasının müdiri, 1997-2005-ci illərdə Türkiyədə işləmişdir. 2005-ci ildən ömrünün sonuna qədər BDU-nun riyazi analiz kafedrasında professor vəzifəsində çalışmışdır.

O, 67 elmi məqalənin və Türkiyədə çap olunmuş “Funksional və riyazi analiz” dördcildlik dərsliyin müəllifidir. Onun rəhbərliyi ilə 9 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. Binəli Musayev 2008-ci il aprelin 20-də Bakı şəhərində vəfat etmişdir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər