05/09/2025
Sadırxanov Ruslan Sultan oğlu, qeyri xətti analiz sahəsində mütəxəssis, 1947-ci il sentyabrın 5-də Bakıda anadan olmuş, 1970-ci ildə ADU-nun Mexanika-riyaziyyat fakültəsini qurtarmış, 1970-1973-cü illərdə AEA Kibernetika İnstitutunun aspirantı olmuş, 1974-cü ildə professor Arif Babayevin rəhbərliyi ilə Bakıda “Об oдном квадратном процессе для сингулярного интеграла и его приложения (01.01.02)” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1979-1983-cü illərdə Moskva Dövlət Universitetində akademiklər V.A.İlyin və S.İ.Poxajayevin məsləhətçiliyi ilə doktoranturada təhsil almışdır. 1989-cu ildə Kiyev şəhərində Ukrayna Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda “О некоторыx локальных и глобальных свойствах нелинейных отображений (01.01.01)” doktorluq dissertasiyası müdafiə etmişdir. Əmək fəaliyyətinə AEA Riyaziyyat və Mexanika İnstitutunda başlamış, 1986-cı ildən orada “Riyazi analiz”, sonra Xüsusi törəməli diferensial tənliklər şöbəsində baş elmi işçi, 1989-cu ildən 1991-ci ilə qədər aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 1997-ci ildən AMEA prezidentinin iqtisadi inkişaf üzrə məsləhətçisi vəzifəsini tutmuş, 2003-cü ildə Odlar Yurdu Universitetində beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində çalışır. 31 elmi əsərin müəllifidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.