Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyatçıları- Vüqar İsmayılov


İsmayılov Vüqar Elman oğlu, funksiyalar nəzəriyyəsi sahəsində mütəxəssis, 26 sentyabr 1971-ci ildə Salyan şəhərində anadan olub. 1978-ci ildə Bakı şəhəri 104 saylı orta məktəbə gedib, 1988-ci ildə həmin məktəbi bitirib. Həmin ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub, 1993-cü ildə həmin fakültəni bitirmişdir. 1993-1995-ci illərdə Bakı şəhəri 179 saylı orta məktəbində riyaziyyat müəllimi kimi fəaliyyət göstərib.

1995-ci ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunun əyani aspiranturasına daxil olub, 1998-ci ildə aspiranturanı müvəffəqiyyətlə bitirərək namizədlik dissertasiyasını təqdim edib. 2000-ci ildə “Dəyişənlərinin sayı az olan funksiyaların cəmi ilə yaxınlaşma” adlı namizədlik dissertasiyasını müdafiə edib. 1997-ci ildən 2013-cü ilə kimi institutun kiçik elmi işçisi, elmi işçisi, böyük elmi işçisi, aparıcı elmi işçisi vəzifələrini icra edib. 2007 və 2008-ci illərdə (hər dəfə 4 ay) Texnion – İsrail Texnologiyalar İnstitutuna ezam edilmişdir.

2013-cü ildən RMİ-də Funksiyalar nəzəriyyəsi şöbəsinin müdiridir. 2014-cü ildən AMEA Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri jurnalının məsul redaktorudur. 2014-cü ildə “Qeyd edilmiş istiqamətli ridge funksiyalarla yaxınlaşma” mövzusunda riyazi analiz ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir.

40-dan çox elmi əsərin müəllifidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər