27/09/2025
Quliyev Məhəmməd Əhməd oğlu, diferensial tənliklər sahəsində mütəxəssis, 1943-cü il sentyabrın 27-də anadan olmuşdur. 1960-cı ildə ADU-nun Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1965-ci ildə həmin fakültəni bitirmişdir. 1967-1970-ci illərdə AEA Kibernetika İnstitutunun əyani aspirantı olmuş, 1973-cü ildə namizədlik, 2006-cı ildə doktorluq dissertasiyası müdafiə etmiş, 2008-ci ildə professor elmi adını almışdır. 1974-cü ildə ADU-nun Mexanika-riyaziyyat fakültəsində elmi-pedaqoji fəaliyyətə başlamış, orada assistent, dosent vəzifələrində çalışmışdır. 1993-cü ildən BDU-nun Diferensial tənliklər kafedrasına keçmiş, orada dosent və 2008-ci ildən professor vəzifəsində çalışmışdır.
1995-ci ildən 2006-cı ilə qədər BDU-nun Azad Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində işləmişdir. O, 65 məqalənin və bir dərs vəsaitinin müəllifidir, rəhbərliyi ilə bir nəfər namizədlik dissertasiyası müdafiə etmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.