30/09/2025
Mehralıyev Yaşar Topuş oğlu, xüsusi törəməli diferensial tənliklər sahəsində mütəxəssis, 30 sentyabr 1959-cu ildə Ermənistan respublikası, Qafan rayonu, Pürülü kəndində anadan olmuş, 1976-cı ildə həmin rayonun Gığı kənd orta məktəbini bitirmiş, 1977-1982-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində təhsil almış, 1989-1995-ci illərdə Bakı Dövlət Universitetinin “Diferensial və inteqral tənliklər” kafedrasının dissertantı olmuş, BDU-da “Parabolik tənliklər üçün qeyri-lokal sərhəd şərtli tərs məsələlərinin həlli (01.01.02)” mövzusunda namizədlik, “Bir sinif xüsusi törəməli diferensial tənliklər üçün tərs sərhəd məsələləri (1211.01)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Əmək fəaliyyətinə 1982-ci ildə ADU-da başlamış, 1995-ci ilə qədər orada mühəndis, baş elmi əməkdaş, mühəndis-proqramçı vəzifələrində çalışmışdır. 1995-ci ildə Diferensial və inteqral tənliklər kafedrasında müəllim, 1997-ci ildə Diferensial və inteqral tənliklər kafedrasında baş müəllim, 1998-ci ildə Mexanika-riyaziyyat fakültəsində dekan müavini, həmin ildə Diferensial və inteqral tənliklər kafedrasında dosent vəzifəsinə irəli çəkilib. 2016-cı ildən həmin kafedrada professor vəzifəsində çalışır.
O, 90 elmi işin, 1 dərs vəsaitinin müəllifidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.