Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyatçıları – Anar Dosiyev


Dosiyev Anar Adıgözəl oğlu, Banax və topoloji cəbrlər, operator cəbrləri sahəsində tanınmış mütəxəssis, 10 oktyabr 1972-ci ildə Bakıda anadan olmuş, 1989-cu ildə Xətai rayonu 254 saylı orta məktəbi bitirmiş, 1989-1991- ci illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində, 1991-1993-cü illərdə Novosibirsk Dövlət Universitetinin riyaziyyat fakültəsində, 1994-1995-ci illərdə yenidən Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində, 1995-1998-ci illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasında təhsil almışdır.

1998-ci ildə Bakı Dövlət Universitetində Yuriy Turovskinin rəhbərliyi ilə “Li-Banax cəbrlərinin Teylor göstərilişinin spektri (01.01.01)” mövzusunda namizədlik, 2012-ci ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Li cəbrlərinin göstərilişi üçün qeyri-kommutativ holomorf funksional hesablama (01.01.01)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

1998-2004-cü illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda, 2004-2008-ci illərdə Ankara şəhəri Atılım Universitetində işləyib. 2008-ci ildən Middle East Technical University, Northern Cyprus Campus, KKTC-də çalışır.

Anar Dosiyev 41 elmi məqalənin müəllifidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər