21/10/2025
Orucov Qardaşxan Əliməmməd oğlu, 21 oktyabr 1931-ci ildə Ermənistan Respublikası Sisian rayonunun Ağudi kəndində anadan olmuşdur. Orucov Qardaşxan orta təhsilini 1946-1949-cu illərdə Sisian rayonu Vağudi kənd orta məktəbində almışdır. 1949-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin “Fizika-riyaziyyat” fakültəsinə daxil olub, 1954-cü ildə həmin fakültəni bitirmişdir. 1954-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsini bitirmiş, 1958-ci ildə APİ-nin Elmi Şurasında akademik İbrahim İbrahimovun rəhbərliyi ilə “Rasional kəsrlərin interpolyasiya sıralarının yığılması haqqında (01.01.01)” mövzusunda namizədlik, 1995-ci ildə APİ-nin Elmi Şurasında “Kompleks parametrlərindən asılı olan qeyri-məxsusi Stiltyes inteqralları və onların tətbiqi (01.01.01)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Qardaşxan Orucovun əmək fəaliyyəti Azərbaycan Dövlət Pedaqoji İnstitutu ilə bağlı olmuş, orada əvvəlcə baş müəllim, dosent, riyaziyyat fakültəsinin dekanı, “Riyazi analiz” kafedrasının müdiri vəzifələrində çalışmışdır. O, 50-yə yaxın elmi əsərin müəllifidir. Qardaşxan Orucov 1945-ci ildə “Şanlı əmək” ordeni ilə təltif olunmuş, 26 dekabr 2006-cı ildə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə ona “Əməkdar elm xadimi” fəxri adı verilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.