Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyatçıları – Yuriy Alxutov


Alxutov Yuriy Aleksandr oğlu, elliptik və parabolik tip ikinci tərtib xəttivə kvazi-xətti tənliklərin həllərinin keyfiyyət nəzəriyyəsi sahəsində mütəxəssis, 22 oktyabr 1956-cı ildə Bakı şəhərində anadan olmuş, 1974-cü ildə 145 nömrəli orta məktəbi bitirmişdir. 1974-1979-cu illərdə Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil, 1981-1982-ci illərdə Azərbaycan Politexnik İnstitutunda aspirantura təhsili almışdır. 1982-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda professor Əli Novruzovun rəhbərliyi ilə “Некоторые вопросы качественной теории эллиптических уравнений 2-го порядка (01.01.02)” mövzusunda namizədlik, 1992-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində “Гладкостные и предельные свойства решений параболических уравнений второго порядка (01.01.02)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

1979-1981-ci illərdə Azneft birliyinin informasiya hesablama mərkəzində mühəndis-riyaziyyatçı, 1982-1985-ci illərdə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunda assistent, 1985-1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi olub. 1994-cü ildən Vladimir Dövlət Pedaqoji Universitetində professor vəzifəsində çalışır.

53 elmi işin müəllifidir. Onun rəhbərliyi ilə 4 nəfər riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər