Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyatçıları- Elyar Həsənov


Həsənov Elyar Eldar oğlu, – diskret riyaziyyat, idarəedici sistemlər nəzəriyyəsi, avtomatlar nəzəriyyəsi, riyazi linqvistika sahələrində tanınmış mütəxəssis, 14 noyabr 1959-cu ildə Moskva şəhərində anadan olmuş, 1967-1974-cü illərdə Daşkənd vilayəti Orconikidze rayonunun 2 nömrəli, 1974-1977-ci illərdə Daşkənd şəhəri 110 nömrəli məktəbində oxumuşdur. 1977-1982-ci illərdə Moskva Dövlət Universitetinin Hesablama riyaziyyatı və kibernetika fakültəsində təhsil almış, 1982-1985-ci illərdə həmin fakültənin Diskret riyaziyyat və riyazi kibernetika üzrə aspirant olmuşdur.

1986-cı ildə Saratov Dövlət Universitetində 01.01.09. ixtisası üzrə “İnformasiya axtarışının mürəkkəbliyi haqqında” namizədlik dissertasiyası müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. Elyar Həsənov 1999-cu ildə Moskva Dövlət Universitetində «Оптимальное решение базовых задач хранения и поиска в информационно-графовой модели данных» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışdır.

1985-1988-ci illərdə Özbəkistan Elmlər Akademiyasının Nüvə Fizikası İnstitutunda elmi işçi, 1988-2001-ci illərdə Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin elmi işçisi, 2001-2003-cü illərdə həmin fakültənin böyük elmi işçisi olub. 2003-cü ildən Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin professoru vəzifəsində çalışır.

Elyar Həsənov 175 elmi əsərin, 14 monoqrafiyanın, 4 dərsliyin, 57 patentin (ABŞ) müəllifidir. Onun rəhbərliyi ilə 18 nəfər fizika-riyaziyyat elmləri namizədi hazırlanmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər