20/12/2025
Adıgözəlov Azadxan Səfərxan oğlu, riyaziyyatın tədrisi metodologiyası və metodikası sahəsində mütəxəssis, 20 dekabr 1940-cı ildə Şamaxı rayonu Bəklə kəndində anadan olub, 1959-cu ildə Nərimankənd orta məktəbini bitirib. V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb. 1980-ci ildə V.İ.Lenin adına ADPİ-də professor Q.D.Qleyzerin rəhbərliyi ilə “Orta məktəbdə həndəsənin rəsmxətlə əlaqəli təlimi (13.00.02)” mövzusunda namizədlik dissertasiyası, 1992-ci ildə yenə orada “Fasiləsiz təhsil şəraitində fənlərarası əlaqə əsasında riyaziyyatın tətbiqi funksiyasının reallaşdırılması (13.00.02)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
1965-1968-ci illərdə Şamaxı rayon məktəblərində riyaziyyat müəllimi işləyib; 1968-ci ildən indiyə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışır. 100-dən artıq elmi-metodik məqalənin, 20 dərs vəsaiti və metodiki tövsiyənin müəllifidir. Rəhbərliyi ilə 15 nəfər müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.