Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyatçıları – Camal Məmmədxanov


Məmmədxanov Camal İslam oğlu, funksiyalar nəzəriyyəsi sahəsində mütəxəssis. 1938-ci il dekabrın 25-də Tiflisdə anadan olmuş, 1956-cı ildə orta məktəbi, 1961-ci ildə ADU-nun fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsini bitirmişdir. 1961-1964-cü illərdə AEA Riyaziyyat və Mexanika institutunun aspirantı olmuş, 1964-cü ildə Sankt-Peterburqda akademik İbrahim İbrahimovun rəhbərliyi ilə “Tam və rasional funksiyalar sinfində bəzi ekstremal məsələlər” mövzusunda namizədlik, 1984-cü ildə Tiflisdə “Kompleks müstəvidə approksimasiyanın bəzi məsələləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Əmək fəaliyyətinə 1960-cı ildə riyaziyyat və mexanika institutunda başlamış, 1976-cı ilə qədər burada baş elmi işçi vəzifəsində çalışmışdır. 1976-cı ildən ADU-nun “Funksional analiz və funksiyalar nəzəriyyəsi” kafedrasına keçir, orada dosent, 1985-ci ildən isə professor vəzifəsində çalışmışdır.

150 elmi əsərin müəllifidir, rəhbərliyi ilə 10 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir və 2 elmlər doktoru hazırlanmışdır. Hazırda AMEA Riyaziyyat və Mexanika İnstitutunun yarım ştat baş elmi işçi vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin Fəxri təqaüdünə layiq görülmüşdür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər