10/06/2022
10 iyun 2022-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası (qismən əyani, eyni zamanda distant şəkildə) keçirildi. İclasda Məhbubə Ənvər qızı Kərimovanın “Klassik tiplərə aid olmayan sinqulyar həyəcanlanmış diferensial tənliklər üçün bəzi sərhəd məsələlərinin həllərinin asimptotikaları” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir. Dissertasiya işinin elmi […]
08/06/2022
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında fizika-riyaziyyat elmləri doktoru, professor Heybətqulu Mustafayev “Operatorlar ardıcıllığının yığılması haqqında bəzi teorəmlər” mövzusunda məruzə etdi. Tutaq ki, A, T və B Banax fəzasında təsir edən məhdud xətti operatorlardır. Məruzədə {AnTBn } ardıcıqlarının yığılması haqqında bəzi zəruri və kafi şərtlər verilir. Alınan nəticələr Teoplitz və […]
08/06/2022
AMEA RMİ-nın nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 10 iyun 2022-ci il tarixli iclasında saat 1400-da Məhbubə Ənvər qızı Kərimovanın “Klassik tiplərə aid olmayan sinqulyar həyəcanlanmış diferensial tənliklər üçün bəzi sərhəd məsələlərinin həllərinin asimptotikaları” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə […]
08/06/2022
AMEA RMİ-nın nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 17 iyun 2022-ci il tarixli iclasında saat 1400-da Rövşən Fərrux oğlu Babayevin “Sobolev-Morri tipli fəzalarda daxilolma teoremləri” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi İnstitutun akt zalında keçiriləcək. İclasa […]
07/06/2022
Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri, AMEA -nın müxbir üzvü, professor Vaqif Quliyevin və “Riyazi analiz” şöbəsinin aparıcı elmi işçisi, dosent Mehriban Ömərovanın 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində həmmüəllifi olduqları məqalə çap olunub. Məqalə “Positivity” (https://www.springer.com/journal/11117/) (WoS, IF-1.030) Q2 yüksək impakt faktorlu jurnalda dərc edilib. “Ümumiləşmiş çəkili Orliç-Morri fəzaları üçün bəzi […]
06/06/2022
Excellence təqaüd proqramı – dünyanın hər yerindən İsrail tədqiqat universitetlərinə qabaqcıl post-doktorantları cəlb edilməsi üçün nüfuzlu təqaüd proqramıdır. Proqramın məqsədi dünyanın hər yerindən olan gənc alimləri İsrailə dəvət etmək, tədqiqatlara inteqrasiya etmək və onları gücləndirmək, eləcə də İsrail tədqiqatçıları ilə şəxsi və peşəkar əlaqələr qurmaq üçün cəlb etməkdir. Bu il proqram İsrail Humanitar və İctimai […]