Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyatçıları

Azərbaycan riyaziyyatçıları – Kamil Ayda-zadə

Ayda-zadə Kamil Rəcəb oğlu, toplanmış və paylanmış parametrli sistemlərin optimal idarəetmə məsələlərinin nəzəriyyəsi və ədədi üsulları sahəsində tanınmış mütəxəssis, 23 dekabr 1950-ci ildə Qusar rayonunda anadan olmuş, 1967-ci ildə Bakı şəhəri 189 nömrəli riyaziyyat təmayüllü məktəbi, 1972-ci ildə ADU-nun Mexanika-riyaziyyat fakültəsini bitirmişdir. Akademik Məcid Rəsulovun elmi rəhbərliyi ilə «Kontur inteqral üsulunun bir tətbiqi barədə» mövzusu […]

Azərbaycan riyaziyyatçıları -Nihan Əliyev

Əliyev Nihan Əlipənah oğlu, 22 dekabr 1938-ci ildə Bakı şəhərində anadan olmuş, 1956-cı il 1-ci Zabrat qəsəbəsi 73 saylı orta məktəbi bitirmiş, 1957-1962-ci illərdə ADU-nun mexanika-riyaziyyat fakültəsində təhsil almış, 1963-cü ildə riyazi fizika tənlikləri kafedrasında aspiranturaya daxil olmuşdur. 1967-ci ildə Ukraynanın Lvov şəhərindəki İvan Franko adına Dövlət Universitetində akademik Məcid Rəsulovun rəhbərliyi ilə “Асимптотические представления […]

Azərbaycan riyaziyyatçıları – Arif İsmayılov

İsmayılov Arif Yadulla oğlu, funksiyalar nəzəriyyəsi sahəsində mütəxəssis, 22 dekabr 1929-cu ildə Qazaxda anadan olmuş, orta təhsilini 1936-1946-cı illərdə Quba şəhərinin 1 saylı orta məktəbində almış, 1947-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1952-ci ildə ali məktəbi bitirmiş, 1952-1955-ci illərdə həmin universitetin aspirantı olmuşdur. 1955-ci ildə ADU fizika-riyaziyyat fakültəsinin Elmi Şurasında […]

Azərbaycan riyaziyyatçıları- Bala İsgəndərov

İsgəndərov Bala Ağa Hüseyn oğlu, diferensial tənliklər sahəsində tanınmış mütəxəssis, 21 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1955-ci ildə 7 nömrəli orta məktəbi bitirmiş, həmin il ADU-nun fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1958-ci ildə təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə köçürülmüş, 1961-ci ildə həmin fakültəni bitirmiş, həmin il BDU-nun aspiranturasına daxil olaraq, […]

Azərbaycan riyaziyyatçıları- Musa Əzimov

Əzimov Musa Alı oğlu 20 dekabr 1914-cü ildə Qazax rayonunun Dağ-Kəsəmən kəndində anadan olmuşdur. O, 1933-cü ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1937-ci ildə həmin fakültəni 1-ci dərəcəli diplom ilə bitirib, riyaziyyatçı və riyaziyyat müəllimi ixtisasına yiyələnmişdir. 1935-1937-ci illər ərzində ADPİ-nin “Riyaziyyat” kafedrasında böyük laborant vəzifəsində çalışmışdır. Əzimov Musa 1938-ci […]

Azərbaycan riyaziyyatçılar -Azadxan Adıgözəlov

Adıgözəlov Azadxan Səfərxan oğlu, riyaziyyatın tədrisi metodologiyası və metodikası sahəsində mütəxəssis, 20 dekabr 1940-cı ildə Şamaxı rayonu Bəklə kəndində anadan olub, 1959-cu ildə Nərimankənd orta məktəbini bitirib. V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb. 1980-ci ildə V.İ.Lenin adına ADPİ-də professor Q.D.Qleyzerin rəhbərliyi ilə “Orta məktəbdə həndəsənin rəsmxətlə əlaqəli təlimi (13.00.02)” mövzusunda namizədlik dissertasiyası, […]

Faydalı linklər