Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyatçıları

Azərbaycan riyaziyyatçıları-Fəxrəddin Abdullayev

Abdullayev Fəxrəddin Gülməmməd oğlu, yaxınlaşma nəzəriyyəsi, cəbiri polinomlar sahəsində mütəxəssis, 15 may 1957-ci ildə Şamaxı rayonunun Sündi kəndində (indi Qobustan ərazisi) anadan olmuş, 1974-cü ildə Bakı şəhəri 16 (indiki 52) nömrəli məktəbini bitirmişdir. 1975-1980-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsində oxumuş, 1984-1986-cı illərdə Ukrayna Elmlər Akademiyası Tətbiqi Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasında təhsil almışdır. 1986-cı […]

Azərbaycan riyaziyyatçıları-Bəylər Ağayev

Ağayev Bəylər Əbdülrəhim oğlu, riyaziyyatın tədrisi metodikası və riyaziyyat tarixi sahəsində tanınmış mütəxəssis, 12 may 1905-ci ildə Şuşa şəhərində sənətkar ailəsində anadan olmuş, ibtidai təhsilini 1915-1919-cu illərdə Şuşada rus-tatar məktəbində almışdır. Bəylər Ağayevə həmin məktəbdə dərs deyən Həmid Ağayevin (1885-1939) onun inkişafında mühüm rolu olmuşdur. Həmid Ağayev 1905-ci ildə İrəvan seminariyasını bitirmiş və ömrünün sonuna […]

Azərbaycan riyaziyyatçıları-Ağamirzə Bəşirov

 Bəşirov Ağamirzə Ənvər oğlu, stoxastik optimal idarə etmə, sistemlər nəzəriyyəsi, riyazi analiz sahəsində mütəxəssis, 9 may 1954-cü ildə Salyan şəhərində anadan olmuş, 1961-1971-ci illərdə Bakı şəhəri 132 nömrəli məktəbdə təhsil almış, 1971-1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində oxumuşdur. 1976-1979-cu illərdə AEA Kibernetika İnstitutunun (indiki İdarəetmə Sistemləri İnstitutu) aspirantı olmuşdur. 1981-ci ildə Ukrayna Elmlər Akademiyasının […]

Azərbaycan riyaziyyatçıları – Yaşar Şakir oğlu Səlimov

Yaşar Səlimov Şakir oğlu 5 may 1938-ci ildə Ağdaş şəhərində anadan olmuş,1955-ci ildə Nizami adına 2 nömrəli orta məktəbi bitirmiş,həmil il Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə qəbul olmuş, 1960-cı ildə oranı bitirmişdir. 1963-cü ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun ali riyaziyyat kafedrasında işə başlamış,orada əvvəlcə assistent,sonra isə dosent vəzifəsində çalışmışdır. 1970-ci ildə ADU-da […]

Azərbaycan riyaziyyatçıları – Anar Sahib oğlu Əhmədov

Anar Sahib oğlu Əhmədov 1976-cı ildə Cəbrayıl anadan olmuşdur.  1993-cü ildə orta təhsilini Bakı şəhərində58 saylı məktəbi bitirmişdir. Həmin ildə də Bakı Dövlət Universitetinin Mexanika Riyaziyyat fakültəsinə daxil olmuşdur. Anar Əhmədov ali təhsilini 2000-ci ildə Kaliforniya Ştat Universitetində fərqlənmə ilə bitirmişdir. 2006-cı ildə Kaliforniya Universitetində riyaziyyat sahəsi üzrə “Exotic smooth structures on small 4-manifolds” mövzusunda doktorluq […]

Azərbaycan riyaziyyatçıları – Qasımzadə Oqtay Murad oğlu

Qasımzadə Oqtay Murad oğlu 29 aprel 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1975 –ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Hesablama riyaziyyatı və kibernetika fakültəsini bitirmişdir. Oqtay Qasımzadə akademik O.B.Lupanovun rəhbərliyi ilə SSRİ EA M.K.Keldış adına Tətbiqi Riyaziyyat İnstitutunda 01.01.09.-“Diskret riyaziyyat və riyazi kibernetika” ixtisası üzrə «Об одной мере сложности схем из функциональных элементов» mövzusunda […]