01/06/2025
Axundov Ədalət Yavuz oğlu, diferensial tənliklər sahəsində mütəxəssis, 1949-cu il iyun ayının 1-də Naxçıvan şəhərində anadan olmuş, 1966-cı ildə Naxçıvanda orta məktəbi qızıl medalla bitirmiş, 1966-1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil almışdır. 1971-1973-cü illərdə Sovet Ordusu sıralarında xidmət etmiş, 1973-1979-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda dissertant olmuşdur. O, 1980-ci ildə […]
01/06/2025
Salmanov Yusif Camulla oğlu, funksiyalar nəzəriyyəsi sahəsində mütəxəssis. 1938-ci il iyunun 1-də Şamaxıda anadan olmuş, 1962-ci ildə ADU-nun mexanika-riyaziyyat fakültəsini bitirmiş, 1962-1965-ci illərdə Moskvada aspiranturada təhsil almış, 1967-ci ildə Moskvada V.A.Steklov adına institutda akademik S.M.Nikolskinin rəhbərliyi ilə “Некоторые вопросы, связанные с прoблемой Штурма-Лиувилля и краевой задачей с сильным выраждением (01.01.02)” mövzusunda namizədlik, 1999-cu ildə Bakı […]
29/05/2025
Hacıyev Asəf Hacı oğlu 1951-ci il may ayının 29-da Gəncə şəhərində anadan olmuşdur. 1968-ci ildə Gəncə şəhər 4 nömrəli orta məktəbini bitirib və Lomonosov adına MDU-nun mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1973-cü ildə Moskva Dövlət Universitetini bitirmiş, 1979-cu ildə həmin məktəbin mexanika-riyaziyyat fakültəsində ehtimal nəzəriyyəsi və riyazi statistika ixtisası ilə namizədlik (fəlsəfə doktoru), 1993-cü ildə N.Bauman […]
27/05/2025
Xudaverdiyev Karlen İsgəndər oğlu, xüsusi törəməli diferensial tənliklər sahəsində tanınmış mütəxəssis, 27 may 1935-ci ildə Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olmuş, 1943-1951-ci illərdə Vedi rayonunun Böyük Vedi kənd orta məktəbində oxumuş, 1951-1953-cü illərdə Ucar şəhər orta məktəbində təhsilini davam etdirərək həmin məktəbi qızıl medalla bitirmişdir.1953-cü ildə Kirov adına Azərbaycan Dövlət Universiteti Fizika-riyaziyyat fakültəsinin […]
22/05/2025
Əliyev Bəhram Əli oğlu, diferensial-operator tənliklər nəzəriyyəsi sahəsində tanınmış mütəxəssis, 22 may 1952-ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunun Ağtəhlə kəndində anadan olmuş, 1969-cu ildə Ağtəhlə kənd orta məktəbini bitirmişdir. 1969-cu ildə Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və 1973-cü ildə həmin institutun riyaziyyat fakültəsini bitirmiş, 1973-1974-cü illərdə Ağtəhlə kənd orta məktəbində riyaziyyat müəllimi […]
16/05/2025
Əzimov Abbas Yadulla oğlu, diferensial oyunlar sahəsində tanınmış mütəxəssis, 16 may 1947-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsili 199 nömrəli orta məktəbdə almışdır. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində riyaziyyatçı ixtisasına yiyələnmişdir. 1971-ci ildə Azərbaycan EA Kibernetika İnstitutunun aspiranturasına qəbul olunmuş, təhsilini Moskva şəhərində, SSRİ EA V.A.Steklov adına Riyaziyyat İnstitutunda almış və 1974-cü […]