18/12/2025
Məmməd Bayramoğlu, diferensial operatorların spektral nəzəriyyəsi sahəsində tanınmış mütəxəssis. 1939-cu il dekabrın 18-də Gürcüstan Respublikası Marneuli rayonunun Əzizkənd kəndində anadan olmuş, 1957-ci ildə həmin rayonun Gorarx kənd 11-illik məktəbini bitirmiş, həmin il V.İ.Lenin adına APİ-nin fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1962-ci ildə həmin fakültəni riyaziyyat ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1962-1964-cü illərdə hərbi xidmətdə olmuş, […]
16/12/2025
Kərimov Nazim Baxış oğlu, diferensial operatorların spektral nəzəriyyəsi, funksional analiz sahəsində tanınmış mütəxəssis, 1958-ci il dekabrın 16-da Cəlilabad rayonunun Göytəpə kəndində anadan olmuş, 1965-1975-ci illərdə Əli Bayramlı şəhərinin (indiki Şirvan) 2 saylı orta məktəbində təhsil almışdır. 1975-ci ildə ADU-nu Mexanika-riyaziyyat fakültəsinə qəbul olmuş, 1980-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmiş, 1982-1985-ci illərdə Moskva Dövlət […]
15/12/2025
Süleymanov Nadir Məmməd oğlu 15 dekabr 1932-ci ildə Ucar rayonunun Rəstəcə kəndində anadan olmuş, 1951-ci ildə 1 nömrəli Ucar şəhər orta məktəbini bitirmiş, 1951-1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmiş (“İstilikkeçirmə tənliyi üçün Koşi məsələsinin ümumiləşmiş funksiyalar sinfində tədqiqi” mövzusunda buraxılış diplom işinə görə SSRİ […]
11/12/2025
Aslanova Nigar Məhər qızı, diferensial-operator tənliklərinin spektral nəzəriyyəsi sahəsində mütəxəssis, 11 dekabr 1970-ci il Bakı şəhərində anadan olmuş, 1977-1987-сi illərdə 225 nömrəli orta məktəbdə, 1987-1992-ci illərdə Bakı Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsində, 1993-1995-ci illərdə AMEA RMİ-nin əyani aspiranturasında təhsil almışdır. 1996-cı ildə professor Məmməd Bayramoğlunun rəhbərliyi ilə “Sinqulyar diferensial-operator tənliklərinin məxsusi ədədlərinin sayının asimptotikasının və requlyarlaşmış […]
10/12/2025
Sadıqov Misrəddin Allahverdi oğlu, optimal idarəetmə sahəsində tanınmış mütəxəssis, 10 dekabr 1954-cü ildə Ermənistan Respublikasının Krasnoselo rayonunun Cil kəndində anadan olmuşdur. 1972-ci ildə həmin kənddə orta məktəbi bitirib, ADU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsinə daxil olmuş, 1977-ci ildə universiteti bitirmişdir. 1981-1984-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun dissertantı olmuş və həmin il dissertanturanı bitirdikdən […]
10/12/2025
Mənsimov Kamil Bayraməli oğlu, optimal idarəetmə sahəsində tanınmış mütəxəssis, 1950-ci il dekabrın 10-da Biləsuvar rayonunda anadan olmuş, 1973-cü ildə ADU-nun Mexanika-riyaziyyat fakültəsini bitirmiş, 1974-1978-ci illərdə AEA Kibernetika İnstitutunun aspirantı olmuş, 1979-cu ildə akademik Cəlal Allahverdiyev və professor Məmməd Yaqubovun rəhbərliyi ilə həmin institutun elmi şurasında “К теории необходимых условий оптимальности в системах с последействием (01.01.02)” […]