Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyatçıları

Azərbaycan riyaziyyatçıları- Rauf Əmirov

Əmirov Rauf Xankişi oğlu, Şturm-Liuvill, Dirak operatorları və xüsusi törəməli diferensial tənliklər üçün tərs məsələlər sahəsində mütəxəssis, 25 noyabr 1956-cı ildə Qusar rayonu Zuxul kəndində anadan olmuş, 1964-1972-ci illərdə Zuxul kənd səkkizillik məktəbində, 1972-1974-cü illərdə Bakı şəhəri 6 nömrəli internat məktəbində, 1974-1979-cu illərdə Azərbaycan Dövlət Universitetində təhsil almışdır. 1981-1984-cü illərdə Azərbaycan Dövlət Universiteti “Mexanika-riyaziyyat” fakültəsinin […]

Azərbaycan riyaziyyatçıları- Fərhad Tağıyev

Tağıyev Fərhad Əşrəf oğlu, fizika-riyaziyyat elmləri namizədi, professor, hesablama riyaziyyatı sahəsində mütəxəssis, 16 noyabr 1934-cü ildə Ağstafa rayonunun Tatlı kəndində anadan olmuş, 1957-ci ildə fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsini bitirmiş, 1967-ci ildə “Cırlaşan tənliklər üçün bəzi sərhəd məsələlərinin tor üsulu ilə həlli” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Əmək fəaliyyətinə AEA-nın Riyaziyyat və mexanika institutunda başlamış, sonralar […]

Azərbaycan riyaziyyatçıları- Elyar Həsənov

Həsənov Elyar Eldar oğlu, – diskret riyaziyyat, idarəedici sistemlər nəzəriyyəsi, avtomatlar nəzəriyyəsi, riyazi linqvistika sahələrində tanınmış mütəxəssis, 14 noyabr 1959-cu ildə Moskva şəhərində anadan olmuş, 1967-1974-cü illərdə Daşkənd vilayəti Orconikidze rayonunun 2 nömrəli, 1974-1977-ci illərdə Daşkənd şəhəri 110 nömrəli məktəbində oxumuşdur. 1977-1982-ci illərdə Moskva Dövlət Universitetinin Hesablama riyaziyyatı və kibernetika fakültəsində təhsil almış, 1982-1985-ci illərdə […]

Azərbaycan riyaziyyatçıları – Arif Babayev

Babayev Arif Əliheydər oğlu, riyazi analiz sahəsində tanınmış alim. 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur, 1952-ci ildə 7 nömrəli orta məktəbi qızıl medalla bitirərək, Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin “riyaziyyat” şöbəsinə qəbul olmuşdur. 1957-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib, elə həmin il əyani aspiranturaya qəbul olmuşdur. Parlaq riyazi istedada malik olduğunu göstərərək, o […]

Azərbaycan riyaziyyatçıları- Rafiq Əliyev

Əliyev Rafiq Musa oğlu, 10 noyabr 1937-ci ildə Astara şəhərində anadan olmuşdur. 1956-cı ildə Cəlilabad rayonunun Prişib qəsəbə orta məktəbini müvəffəqiyyətlə bitirərək Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin “Riyaziyyat” şöbəsinə daxil olmuşdur. 1961-ci ildə universiteti bitirərək Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin nəzdində 01.01.01 – riyazi analiz ixtisası üzrə aspiranturaya daxil olmuşdur. […]

Azərbaycan riyaziyyatçıları- Telman Qasımov

Qasımov Telman Benser oğlu, 28 oktyabr 1959-cu ildə Xankəndində anadan olmuş, 1976-cı ildə Qazax rayonu 1 nömrəli orta məktəbi bitirib. 1976-1981-ci illərdə ADU-nun Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, bundan sonra M.V.Lomonosov adına MDU-nun Mexanika-riyaziyyat fakültəsində professor Sadovniçiy Viktor Antonoviçin rəhbərliyi altında 1982-1984-cü illərdə  təcrübi-iş mübadiləsi keçmiş, 1985-1988-ci illərdə orada məqsədli aspiranturada oxumuş, 1988-ci ildə […]

Faydalı linklər