Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elanlar

E L A N

08.02.2019-cu il saat 11:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda professor Viktor Burenkov (Rusiya Xalqlar Dostluğu Universiteti və V.A. Steklov adına Riyaziyyat İnstitutu) “Morri tipli fəzalarda Marsinkeviç tipli interpolyasiya teoremi” mövzusunda məruzə edəcəkdir. Məruzədə Morri tipli fəzalarda Marsinkeviç tipli interpolyasiya teoremi haqqında məlumat […]

“Hausdorf operatorunun çəkili Lebeq fəzalarında məhdudluğu” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, AMEA-nın professoru Rövşən Bəndəliyev “Hausdorf operatorunun çəkili Lebeq fəzalarında məhdudluğu” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Hausdorf operatorunun müxtəlif Lebeq tipli fəzalarda məhdudluğu müzakirə edilib. Xüsusi halda bəzi klassik inteqral operatorların məhdudluğu üçün çəki funksiyaları üzərinə müəyyən […]

E L A N

07.02.2019-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, r.ü.f.d., dos. Anar Rəhimov “ Qeyri-lokal şərtlərlə verilmiş tərs mənbə məsələlərinin ədədi həllinə bir yanaşma” mövzusunda məruzə edəcəkdir. Məruzədə qeyri-lokal başlanğıc və sərhəd şərtləri ilə parabolik tip tənlik üçün iki tərs mənbə məsələlərinə baxılacaq. Tərs məsələlərin düz […]

E L A N

06.02.2019-cu il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, AMEA-nın professoru Rövşən Əlifağa oğlu Bəndəliyev “Hausdorf operatorunun çəkili Lebeq fəzalarında məhdudluğu haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzədə Hausdorf operatorunun müxtəlif Lebeq tipli fəzalarda məhdudluğu müzakirə ediləcəkdir. Xüsusi halda bəzi klassik inteqral operatorların məhdudluğu üçün çəki funksiyaları üzərinə müəyyən əlavə şərtlər daxilində zəruri […]

“Riss potensialının kommutatorunun dəyişən dərəcəli sıfırlanan ümumiləşmiş çəkili Morri fəzasında məhdudluğu” mövzusunda seminar keçirilib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “Riss potensialının kommutatorunun dəyişən dərəcəli sıfırlanan ümumiləşmiş çəkili Morri fəzasında məhdudluğu” mövzusunda məruzə edib. Məruzədə Riss potensialının kommutatorunun dəyişən dərəcəli sıfırlanan ümumiləşmiş çəkili Morri fəzasında […]

“Əmsalların ümumiləşmiş funksiya olan diferensial və onların bəzi fərq analoqlarının spektral analizi” mövzusunda seminar keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz ” və “Diferensial tənliklər” şöbələrinin birgə seminarı keçirilib. Seminarda Türkiyənin Adıyaman Universitetinin professoru Manaf Cabbar oğlu Manafov “Əmsalların ümumiləşmiş funksiya olan diferensial və onların bəzi fərq analoqlarının spektral analizi” mövzusunda məruzə edib. Məruzədə baxılan operatorun təyin oblastları və tərs spektral məsələlərlə bağlı bəzi məlumatlar verilib. © Bütün hüquqlar […]

Faydalı linklər