30.01.2019-cu il tarixində saat 12:00-da “Diferensial tənliklər” və “Riyazi fizika tənlikləri” şöbələrinin birgə elmi seminarında AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının “Kosmik plazma və Heliogeofiziki problemlər” şöbəsinin elmi işçisi Mahir Pirquliyev “Maqnit sahəsi effektləri nəzərə alınmaqla differensial fırlanan Günəşin aşağıtezlikli məxsusi rəqsləri” adlı məruzə ilə çıxış edəcəkdir. Məruzədə uzunperiodlu burulğanlı Rossbi tipli qlobal rəqslərin yaranması, […]
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Bakı Mühəndislik Universitetinin Riyaziyyat kafedrasının müdiri Rakib Əfəndiyev “Öz‐özünə qoşma olmayan Hill operatorunun spektral analizi” mövzusunda məruzə edib. Məruzədə öz‐özünə qoşma olmayan Hill operatoru üçün bütün oxda tərs spektral məsələ ətrafında danışılıb. Fundamental həllərin əsas xassələri tədqiq olunub və operatorun spektri […]
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” və “Riyazi fizika tənlikləri” şöbələrinin birgə elmi seminarı keçirilib. Seminarda AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının “Kosmik plazma və heliogeofiziki problemlər” şöbəsinin kiçik elmi işçisi Rəcəb İsmayıllı “Anizotrop Günəş küləyi plazmasında maqnithidrodinamik Kelvin-Helmholtz tipli dayanaqsızlıq” adlı məruzə ilə çıxış edib. Məruzədə Anizotrop Günəş küləyi plazmasında Kelvin-Helmholtz dayanaqsızlığı halında […]
25.01.2019-cu il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri”adlı seminarı keçiriləcəkdir. Seminarda “Riyazi analiz” şöbəsinin magistrantı Dünya Rəsul qızı Əliyeva “Çəkili Lebeq fəzasında Hausdorf operatorunun məhdudluğu haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzə monoton çəki funksiyaları halında Hausdorf operatorunun çəkili Lebeq fəzasında tədqiqinə həsr olunmuşdur. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Seminarda “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, riyaziyyat elmləri doktoru Rəşid Əvəzağa oğlu Əliyev “A-inteqral və Alfors-Berlinq çevirməsi” mövzusunda məruzə edib. Məruzə Alfors-Berlinq çevirməsinin yaranma səbəbləri, tətbiqləri və xassələrinə həsr olunub. İlk olaraq Alfors-Berlinq çevirməsindən istifadə edilərək ikidəyişənli kvadratik formanın kanonik şəklə gətirilməsindən bəhs olunub. […]
24.01.2019-cu il saat 10:30-da “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Bakı Mühəndislik Universitetinin Riyaziyyat kafedrasının müdiri Rakib Əfəndiyev “Öz‐özünə qoşma olmayan Hill operatorunun spektral analizi” mövzusunda məruzə edəcəkdir. Məruzədə öz‐özünə qoşma olmayan Hill operatoru üçün bütün oxda tərs spektral məsələ ətrafında danışılacaq. Fundamental həllərin əsas xassələri tədqiq olunacaq və operatorun spektri araşdırılacaq. Fundamental həllər […]