Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elanlar

E L A N

23.01.2019-cu il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, riyaziyyat elmləri doktoru Rəşid Əvəzağa oğlu Əliyev “A-inteqral və Alfors-Berlinq çevirməsi” mövzusunda məruzə edəcəkdir. Məruzə Alfors-Berlinq çevirməsinin yaranma səbəbləri, tətbiqləri və xassələrinə həsr olunub. Məruzədə əvvəlcə Alfors-Berlinq çevirməsindən istifadə edilərək ikidəyişənli kvadratik formanın kanonik şəklə gətirilməsindən bəhs olunacaq, Alfors-Berlinq çevirməsinin kvazikonform inikaslara […]

E L A N

23.01.2019-cu il tarixində saat 12.00-da “Diferensial tənliklər” və “Riyazi fizika tənlikləri” şöbələrinin birgə elmi seminarı keçiriləcək. Seminarda AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının “Kosmik plazma və heliogeofiziki problemlər” şöbəsinin kiçik elmi işçisi Rəcəb İsmayıllı “Anizotrop Günəş küləyi plazmasında maqnithidrodinamik Kelvin-Helmholtz tipli dayanaqsızlıq” adlı məruzə ilə çıxış edəcəkdir. Məruzədə Anizotrop Günəş küləyi plazmasında Kelvin-Helmholtz dayanaqsızlığı halında […]

“Anizotrop Günəş küləyi modeli üçün maqnithidrodinamik köçürmə tənliklərinin bəzi həlləri” adlı seminar keçirilib

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” və “Riyazi fizika tənlikləri” şöbələrinin birgə elmi seminarı keçirilib. Seminarda AMEA-nın N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının “Kosmik plazma və heliogeofiziki problemlər” şöbəsinin elmi işçisi, f.-r.e.n, dosent Bəşirov MirNamik Mirəhmədağa oğlu “Anizotrop Günəş küləyi modeli üçün maqnithidrodinamik köçürmə tənliklərinin bəzi həlləri” adlı məruzə ilə çıxış edib. Məruzədə Anizotrop […]

“Silindrik torlarda dalğalar” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib.  Seminarda “Dalğa dinamikası” şöbəsinin  müdiri, professor Cəfər Ağalarov  “Silindrik torlarda dalğalar” mövzusunda məruzə edib. Məruzədə torun ümumi tənlikləri əsasında silindrik torun tənliklərinin alınması müzakirə edilib. Bunun əsasında uzanma dalğaları silindrik torda tədqiq olunur. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

16.01.2019-cu il saat 10:00-da Ümuminstitut seminarında “Dalğa dinamikası” şöbəsinin  müdiri, professor Cəfər Ağalarov  “Silindrik torlarda dalğalar” mövzusunda məruzə edəcəkdir. Məruzədə torun ümumi tənlikləri əsasında silindrik torun tənliklərinin alınması müzakirə ediləcəkdir. Bunun əsasında uzanma dalğaları silindrik torda tədqiq olunur. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

16.01.2019-cu il tarixində saat 12.00-da “Diferensial tənliklər” və “Riyazi fizika tənlikləri” şöbələrinin birgə elmi seminarı keçiriləcək. Seminarda AMEA Şamaxı Astrofizika Rəsədxanasının “Kosmik plazma və heliogeofiziki problemlər” şöbəsinin elmi işçisi, f.-r.e.n, dosent Bəşirov MirNamik Mirəhmədağa oğlu “Anizotrop Günəş küləyi modeli üçün maqnithidrodinamik köçürmə tənliklərinin bəzi həlləri” adlı məruzə ilə çıxış edəcəkdir. Məruzədə Anizotrop Günəş küləyi modeli […]

Faydalı linklər