05.10.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “Mənfi olmayan potensialla əlaqədar lokal ümumiləşmiş Morri fəzalarında Şredinger tip operatorlar” mövzusunda məruzə edəcəkdir. Məruzədə tərs Hölder sinifinə daxil olan mənfi olmayan potensialla əlaqədar lokal ümumiləşmiş Morri fəzalarında […]
AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Bakı Dövlət Universitetinin “Ali riyaziyyat” kafedrasının dosenti Sevda İsayeva “Hiperbolik tənliklər üçün akustik məsaməli sərhəd şərtli qaışıq məsələlər” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə bu sahədə olan əsas nəticələr haqqında məlumat verilib və bir hiperbolik tənlik üçün akustik məsaməli sərhəd şərtli daxilində qarışıq […]
03.10.2018-ci il tarixində saat 12:00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Bakı Dövlət Universitetinin “Ali riyaziyyat” kafedrasının dosenti Sevda İsayeva “Hiperbolik tənliklər üçün akustik məsaməli sərhəd şərtli qaışıq məsələlər” mövzusunda məruzə ilə çıxış edəcəkdir. Məruzədə bu sahədə olan əsas nəticələr haqqında məlumat veriləcək və bir hiperbolik tənlik üçün akustik məsaməli sərhəd şərtli daxilində qarışıq […]
AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin aparıcı elmi işçisi, r.e.d., dos. Elman İbrahimov “Qeqenbauer-Riss potensialının Lebeq fəzalarında mədudluğu” mövzusunda məruzə edib. Məruzədə Qeqenbauer-Riss potensialının Lebeq fəzalarında məhdudluğu üçün Hardi-Litlvud-Sobolev tipli teorem müzakirə edilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına […]
Bu gün «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Bakı Dövlət Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Misrəddin Allahverdi oğlu Sadıqov “İnteqral daxil olma üçün ekstremal məsələ” mövzusunda məruzə edib. İşdə inteqral daxil olma üçün ekstremal məsələnin həllinin optimallığı üçün zəruri və kafi şərt alınıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
28.09.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin aparıcı elmi işçisi, r.e.d., dos. Elman İbrahimov “Qeqenbauer-Riss potensialının Lebeq fəzalarında mədudluğu” mövzusunda məruzə edəcəkdir. Məruzədə Qeqenbauer-Riss potensialının Lebeq fəzalarında məhdudluğu üçün Hardi-Litlvud-Sobolev tipli teorem müzakirə ediləcəkdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad […]