04.05.2018-ci il saat 12:00-da “Sürüncəkilk nəzəriyyəsi” şöbəsinin “Deformasiya olunan bərk cism mexanikasının müasir problemləri” adlı seminarı keçiriləcəkdir. Seminarda aparıcı elmi işçi Mehriban Əli qızı Məmmədovanın “Anizotrop içi boş silindrin burulmada uzunmüddətli dağılması” mövzusunda məruzəsi olacaqdır. Məruzədə radius boyu dəyişən sürüşmə modulu olan boş silindrik valın burulmada səpələnmiş dağılma prosesi tətbiq olunacaq. Dağılma cəbhəsinin hərəkət tənliyi […]
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda BDU–nun “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsinin professoru Əliyev Nihan Əlipənah oğlunun “Müasir riyaziyyatın çatışmayan cəhətləri” mövzusunda məruzəsi dinlənilib. Məruzədə görkəmli riyaziyyatçılar tərəfindən söylənilmiş bəzi kəlamlarda olan çatışmamazlıqlardan bəhs edilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
03.05.2018-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Bakı Dövlət Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Misrəddin Allahverdi oğlu Sadıqov “Riyazi proqramlaşdırma məsələsi üçün ikinci tərtib zəruri şərt və diskret daxilolma məsələsi üçün ikinci tərtib zəruri şərt” mövzusunda məruzə edəcəkdir. Məruzədə hamar olmayan riyazi proqramlaşdırma məsələsi üçün ikinci tərtib zəruri şərt və diskret […]
02.05.2018 ci il saat 10:00-da Ümuminstitut seminarında BDU–nun “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsinin professoru Əliyev Nihan Əlipənah oğlunun “Müasir riyaziyyatın çatışmayan cəhətləri” mövzusunda məruzəsi olacaq. Məruzədə görkəmli riyaziyyatçılar tərəfindən söylənilmiş bəzi kəlamlarda olan çatışmamazlıqlardan bəhs ediləcəkdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
02.05.2018–ci il saat 11:00 “Qeyri-harmonik analiz” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda şöbənin əməkdaşı a.e.i., r.i.f.d., dos Aydin Şükürov “Kostyuçenko sistemi şəkilli sistemlərin bazislik xassələri haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzədə: • Kostyuçenko sistemi tipli sistemlərin Lebeq fəzalarında Şauder bazisi olması üçün zəruri şərt; • Birinci hissədə alınan şərtin Kostyuçenko sisteminin bazis olması üçün zəruri şərtin alınmasına […]
27/04/2018
Çin alimləri tərəfindən məlumatların saxlanılması üçün hazırlanmış yeni qurğunun əsasını xırdalanmış yumurta qabığı təşkil edir. Yeni həll daha sürətli və ekoloji cəhətdən təmiz kompüterlər yaratmağa kömək edə bilər. storage.cnews.ru saytı xəbər verir ki, Quyçjou Texnologiya İnstitutunun alimləri yumurta qabığını nanoölçü tozu halına gətiriblər. Bu tozu qurutduqdan sonra onu məhlulda həll edərək yaddaş çipinin elektrik cərəyanı […]