Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elanlar

Britaniyalı kardiocərrahlar tərəfindən “bionik ürək” hazırlanıb

İngiltərənin Suonsi Universitetinin alimləri ürək xəstəliyindən əziyyət çəkən insanların həyatını xilas edəcək “bionik ürək” adlanan cihaz hazırlayıblar. health.mail.ru saytı xəbər verir ki, “bionik ürək” qanın girişinə və çıxışına nəzarət edir. Belə ki, ürəyin sol mədəciyindən qanı alıb aortaya daşıyan cihaz orqanizmin qan axınının tənzimlənməsinə kömək göstərir. Cihazı hazırlayan alimlərdən ibarət qrupun rəhbəri, professor Stefan Vestabi […]

“Eksponent sisteminin çəkili Sobolev-Morrey fəzasında bazisliyi” mövzusunda seminar keçirilib

“Qeyri-harmonik analiz” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının dosenti Valid Salmanov “Eksponent sisteminin çəkili Sobolev-Morrey fəzasında bazisliyi” mövzusunda məruzə edib. Məruzə çəkili Sobolev-Morrey tipli fəza təyin edilir, bu fəzanın çəkili Lebeq-Morrey fəzası ilə kompleks müstəvinin düz cəminə izomorfluğu göstərilir. Sonra eksponent sisteminin bu fəzada bazisliyi […]

“Ümumi çəkiyə malik çəkili Smirnov siniflərində Riman məsələsinin həllolunanlığı haqqında” mövzusunda Ümuminstitut seminarı keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov “Ümumi çəkiyə malik çəkili Smirnov siniflərində Riman məsələsinin həllolunanlığı haqqında” mövzusunda məruzə edib. Məruzədə məhdud və qeyri-məhdud oblastlarda ümumi şəkilli çəkiyə malik çəkili Smirnov sinifləri təyin olunub. Bu siniflərdə arqumenti hissə-hissə kəsilməz funksiya olan […]

E L A N

26.04.2018–ci il saat 11:00 “Siqnalların emalının riyazi problemləri” laboratoriyasının növbəti seminarı keçiriləcəkdir. Seminarda “Qeyri-harmonik” analiz şöbəsinin dissertantı Atabəy Quliyev “İdentifikasiya məsələlərində xətti diskriminant təhlil metodları” mövzusunda məruzə edəcəkdir. Məruzədə peyk məlumatlarının emalında xətti diskriminant təhlil metodlarının tətbiqinin əsas problemləri müzakirə olunacaq. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

25.04.2018–ci il saat 11:00 “Qeyri-harmonik analiz” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının dosenti Valid Salmanov “Eksponent sisteminin çəkili Sobolev-Morrey fəzasında bazisliyi” mövzusunda məruzə edəcəkdir. Məruzədə çəkili Sobolev-Morrey tipli fəza təyin edilir, bu fəzanın çəkili Lebeq-Morrey fəzası ilə kompleks müstəvinin düz cəminə izomorfluğu göstərilir. Sonra eksponent […]

E L A N

25.04.2018-ci il saat 10:00-da Ümuminstitut seminarında Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Telman oğlu Bilalov “Ümumi çəkiyə malik çəkili Smirnov siniflərində Riman məsələsinin həllolunanlığı haqqında ” mövzusunda məruzə edəcəkdir. Məruzədə məhdud və qeyri-məhdud oblastlarda ümumi şəkilli çəkiyə malik çəkili Smirnov sinifləri təyin olunur. Bu siniflərdə arqumenti hissə-hissə kəsilməz […]

Faydalı linklər