04/02/2025
“Scopus müəllif profilinin potensialını kəşf et” mövzusunda Elsevier vebinarı keçiriləcək Fevralın 7-də tədqiqatçılar üçün “Scopus müəllif profilinin potensialını kəşf et” mövzusunda vebinar keçiriləcək. Vebinar “Scopus” müəllif profillərinin tədqiqat sahəsində əhəmiyyəti, görünürlüyü və istinad sayını artırmaq üçün profilinizin optimallaşdırılması yolları, eləcə də şəbəkələşmə və əməkdaşlıq imkanları üçün müəllif profillərindən istifadə kimi mövzuları əhatə edəcək. Təlimdə iştirak […]
03/02/2025
Hörmətli həmkarlar! 05.02.2025-ci il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika İnstitututnda akademik Yusif Məmmədovun 75 illik yubileyinə həsr olunmuş elmi sessiya keçiriləcək. Tədbir institutun Akt zalında baş tutacaq © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
30/01/2025
AR ETN Riyaziyyat və Mexanika İnstitutunun elmlər doktoru hazırlığı üzrə dissertantı f.-r.e.n., dosent Nurlana Ağakərim qızı Ağayevanın 2003.01 “Maye,qaz və plazma mexanikası” ixtisasında mexanika elmi sahəsi üzrə “Lay-quyu-nəql xətti sistemində neftin və qazın hərəkətinin hidroqazodinamikproseslərinin modelləşdirilməsi” mövzusunda elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin “Deformasiya olunan bərk cisim mexanikası”, “Maye və qaz mexanikası” və […]
28/01/2025
30.01.2025-ci il tarixində saat 11:00-da Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Telman Məlikov “Variasiya hesabında kafi şərtlər” mövzusunda məruzə edəcək. Məruzədə variasiya hesabında kafi şərtlərin alınması üçün bəzi teoremlərin isbatı şərh olunacaq. © Bütün hüquqlar qorunur. […]
22/01/2025
23.01.2025-ci il tarixində saat 11:00-da “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Telman Məlikov “Variasiyahesabında kafi şərtlər” mövzusunda məruzə edəcəkdir. Məruzədə variasiya hesabında kafi şərtlərin alınması üçün bəzi teoremlərin isbatı şərh olunacaq. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
21/01/2025
22 yanvar 2025-ci il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keciriləcək. Ümuminstitut seminarında riyaziyyat üzrə elmlər doktoru Amanov Rabil “Bəzi kvazixətti elliptik və parabolik tənliklər üçün bəzi məsələlər haqqında” mövzusunda məruzə edəcək. Məruzədə İşdə, cəmlənən sağ tərəfə malik ikinci və yüksək tərtib kvazixətti elliptik və parabolik […]