20.04.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin baş elmi işçisi, AMEA-nın professoru Rövşən Əlifağa oğlu Bəndəliyev “Qarışıq normalı və çəkili Lebeq fəzasında verilmiş ikiölçülü Hardi operatorun qeyri-xətti diferensial tənliklər ilə əlaqəsi” mövzusunda məruzə edəcəkdir. Məruzədə ikiölçülü Hardi operatoru, qarışıq normalı və çəkili Lebeq fəzası […]
19/04/2018
ABŞ-ın Viskonsin Universitetinin alimləri üzərində yeridikdə enerji istehsal edən döşəmə örtüyü yaradıblar. Alimlərin fikrincə, kimyəvi emal edilmiş sellüloz lifləri elektrik enerjisini istehsal etməyə imkan verir. budport.com saytı xəbər verir ki, xüsusi texnologiya vasitəsi ilə hazırlanmış yonqar qalınlığı bir millimetrdən artıq olmamaq şərti ilə funksional elementlər şəklində döşəməyə düzülür. Tədqiqatçılar ticarət mərkəzləri və stadionlarda yonqar döşəmələrinin […]
“Qeyri-harmonik analiz” şöbəsinin seminarı keçirilib. Seminarda şöbənin əməkdaşı b.e.i. dos. Miqdad İsmayılov “Banax fəzalarında Bessel və Hilbert sistemləri haqqında” mövzusunda məruzə edib. Məruzə Banax fəzalarında Bessel və Hilbert sistemlərinin öyrənilməsinə həsr olunmuşdur. Skalyar ardıcıllıqların hər hansı Banax fəzasına baxılır ki, kanonik vahid vektorlar sistemi burada bazis əmələ gətirir. Bu fəzaya nəzərən minimal Bessel və Hilbert […]
AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Funksional analiz” şöbəsinin baş elmi işçisi, professor Nəbiyev İbrahim Mayıl oğlu “Sərhəd şərtində spektral parametr olan Şturm-Liuvill operatoru üçün tərs məsələ” mövzusunda məruzə edib. Məruzədə ayrılmayan sərhəd şərtlərinin birində spektral parametr iştirak edən halda Şturm-Liuvill operatorunun bərpası üçün kafi şərtlər haqqında danışılıb. © Bütün […]
18/04/2018
Amerikalı tədqiqatçılar tərəfindən insanın qan qrupunu 30 saniyə ərzində müəyyən edən xüsusi kağız hazırlanıb. www.rosbalt.ru saytı xəbər verir ki, yeni metod ekstrimal hadisələr zamanı xəstənin həyatını xilas edərkən qan qrupunun müəyyənləşdirilməsi üzrə aparılan laborator analizlərə sərf olunan vaxt itkisi baxımından əhəmiyyətlidir. Yeni kəşfin əsasını insan qanının reagentlərlə örtülmüş xüsusi vərəqlə təması təşkil edir. Kağız eritrositlərin […]
19.04.2018–ci il saat 11:00-da “Siqnalların emalının riyazi problemləri” laboratoriyasının növbəti seminarı keçiriləcəkdir. Seminarda laboratoriyanın b.e.i. Zakir Zabidov “İdentifikasiya məsələlərində empirik-statistika modelləri” mövzusunda məruzə edəcəkdir. Məruzədə eksperimental məlumatların ilkin emal metodları və empirik-statistika modellərinin qurulmasının məqsədi və əsas problemləri müzakirə olunacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.